Müəllim intihar edən tələbə oğlundan yazdı... - FOTO
Bir neçə gün əvvəl Bakıda kirayə yaşadığı mənzildə intihar edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədlinin atası Şahin Səmədli oğlunun vəfatı ilə bağlı paylaşım edib.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Masallıda yaşayan və bu rayonda ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Şahin Səmədli övladının nümunəvi gənc olduğunu bildirib və onun magistratura təhsili üçün hazırlaşdığını qeyd edib.
Övladının fotolarını paylaşan ata bunları yazıb:
"Nə tez getdin aramızdan? Axı sənin hələ böyük arzuların var idi: Xarici universitetlərdə magistratura təhsili almağa hazırlaşırdın. Sənə o qədər ümidlərimiz var idi ki... Oxuduğun müddətdə heç atanı incitmədin. Öz işlərini özün gördün. Bəs nədən bizi tərk etdin? Atanın ürəyini yandırdın. Hər yerdə gözlərim səni axtarır, burnumun ucu göynəyir səndən ötrü. İndi ancaq sənə qovuşmaq həsrətilə yaşayıram. Allah sənə rəhmət eləsin, əziz balam".
Xatırladaq ki, Şəhriyar Səmədli oktyabrın 7-nə keçən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib. 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2774 Tarix: 25 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xocavənddə 228 evin təmirinə 15 milyon manat ayrıldı
"Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi (PHŞ) 228 fərdi yaşayış evinin təmiri üçün 15 milyon 139 min 495 manat 54 qəpik dəyərində dörd satınalma müqaviləsi bağlayıb. xəbər verir ki, müqavilələr bir mənbədən satınalma metodu əsasında bağlanıb
27 dekabrŞənbə günü bəzi rayonlara qar yağacaq
Dekabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvə
26 dekabrÖlkə ərazisində doqquz dərəcəyədək şaxta qeydə alınıb
Azərbaycanda dekabrın 27-si saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Yağan qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsənd
27 dekabr"Yumurta № 1"də kabel oğurluğu
"Hacıqabul Quşçuluq Şirkəti" MMC-də oğurluq baş verib. Qaynarinfo-nun məlumatına görə, şirkətin anbarından 870 manat dəyərində elektrik kabelləri və 209 manat dəyərində kamera, yaddaş kartı və disklər oğurlanıb. Oğurluğu şirkətin fəhləsi törədib. O, bir neçə dəfə oğurluq etdikdən sonra şirkə
25 dekabrOqtay Əsədovun qızının dəfn yeri - Məlum oldu
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ötən gün xərçəng xəstəliyindən vəfat edən qızı Nərmin Əsədovanın dəfn yeri məlum olub. "Qafqazinfo" xəbər verir ki, mərhum bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək. N.Əsədovanın 3 mərasimi Heydər Məscidində keçiriləcək. Qeyd edə
26 dekabrBu ərazilərdə qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, Sabunçu və Xətai rayonlarında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 26.12.2025-ci il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılaca
25 dekabrBu gizli görüntülər gündəm oldu - Video
Səudiyyə Ərəbistanında son illərdə aparılan islahat cəhdlərinə baxmayaraq, qadınlarla bağlı bir çox mövzu hələ də tabu olaraq qalır. Şəriət qanunları ilə idarə olunan ölkədə şərq rəqsi öyrənmək istəyən qadınlar çıxış yolunu gizli dərslərdə tapırlar. "Qafqazinfo"AFP-yə istinadən xəbər veri
27 dekabr