"Yumurta № 1"də kabel oğurluğu

"Yumurta № 1"də kabel oğurluğu"Hacıqabul Quşçuluq Şirkəti" MMC-də oğurluq baş verib.

Qaynarinfo-nun məlumatına görə, şirkətin anbarından 870 manat dəyərində elektrik kabelləri və 209 manat dəyərində kamera, yaddaş kartı və disklər oğurlanıb.

Oğurluğu şirkətin fəhləsi törədib. O, bir neçə dəfə oğurluq etdikdən sonra şirkət rəhbərliyi əraziyə kamera yerləşdirilib. Kameralar nəticəsində hadisəni törədənin kimliyi məlum olub.

Olay barədə polisə məlumat verilib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları həmin fəhləni saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işinə Hacıqabul Rayon Məhkəməsində hakim Orxan Bayramovun sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxs əməlini maddi durumu ilə izah edib.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

"Hacıqabul Quşçuluq Şirkəti" MMC 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 580,46 manatdır. Şirkətin qanuni təmsilçisi Babaşov Nemət Adışirin oğludur.

"Hacıqabul Quşçuluq Şirkəti" MMC "Yumurta № 1" ticarət nişanı ilə tanınır. Şirkətin təsisçisi Nemət Babaşovun atası Adışirin Babaşovdur.

Şirkətin veb-səhifəsində qeyd edilib ki, "Hacıqabul Quşçuluq Şirkəti" MMC Zaqafqaziyanın ən böyük yumurta istehsalçısıdır.

Nemət Babaşovun qardaşı Şöhrət Babaşov "Pakdad 2008" MMC və "Coffee Service" MMC-nin rəhbəridir. Nemət Babaşovun əmisi Dilavər Babaşov isə "Sabirabad Quşçuluq" şirkətinin rəhbəridir.

O, cari ilin may ayında Babaşov qardaşlarından şikayətçi olmaqla gündəmə gəlmişdi. Dilavər Babaşovun iddiasına görə, qardaşı oğlanları onun etibarından sui-istifadə edərək fabriki əlindən almağa çalışıblar.

Bundan bir neçə gün sonra isə "Hacıqabul Quşçuluq" MMC, "Coffee Service" MMC, "Pakdad 2008" MMC ləğv olunduqlarını açıqlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 710   Tarix: 25 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayramda bölgələrə getmək istəyənlərə PİS XƏBƏR - 4 günlük tətil planı

Noyabr ayında Azərbaycanda bayram günləri ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq. 7 və 8 noyabr həftəsonuna, 9 noyabr Dövlət Bayrağı Gününə təsadüf edir, 10 noyabr isə bayram günlərinin həftəsonuna düşməsi ilə əlaqədar istirahət günü olacaq. Bu fürsət paytaxt Bakıda yaşayanların bir qismini

1 noyabr
.

Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR

Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? - SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağın təbiiliyi və keyfiyyəti barədə şübhələrə əsas verir?. Mövzu ilə bağlı -a danışa

1 noyabr
.

Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər

Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifad

1 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu

1 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr
.

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

1 noyabr