Liz Trassın nəhəng müqəvvası yandırıldı – VİDEO
Noyabrın 5-dən 6-na keçən gecə Britaniyada Qay Foks Gecəsi qeyd olunub.
Məhz 1605-ci ilin bu gecəsi katolik sui-qəsdçiləri Britaniya parlamentinin binasını partlatmağı planlaşdırıblar. Həmin gecə protestant kralı I Yakov qanunverici orqanda parlament üzvləri və ali hakimlərin iştirakı ilə çıxış etməli idi.
Qay Foks Vestminster sarayının zirzəmisində barıt çəlləklərini yandırmağa cəhd edib. Terror aktının qarşısı iştirakçılardan birinin bu məlumatı ağzından qaçırması nəticəsində alınıb. O vaxtdan bəri Qay Foksun təsviri ənənəvi olaraq hər il atəşfəşanlıq sədaları altında yandırılır.
Edenbridcdə isə son 20 ildir ki, daha bir ənənə peyda olub. Orada Foksun əvəzinə digər məşhurların təsvirləri yandırılır. Ötən illərdə Qay Foksu Boris Conson, Donald Tramp və hətta Səddam Hüseyn "əvəz edib". Bu il isə orta əsr sui-qəsdçisinin yerini Consondan sonra qısa müddət krallığın baş naziri olmuş Liz Trass tutub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 819 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Simonyan anklavlar haqqında danışdı
Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya
16 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabrCNN: Ukrayna Patriot raketlərisiz qalıb
Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib
16 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabr