"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini, dövlətinə və cəmiyyətinə münasibətini formalaşdıran mühüm institutdur?". Bu fikirləri Sonxeber.az-a açıqlamasında millət vəkili Elnarə Akimova bildirib.
Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik təcrübəsi bu suallara aydın cavab verir: güclü dövlətin təməlində savadlı, milli kimliyinə bağlı, azad düşüncəli və məsuliyyətli vətəndaş dayanır: "Bu vətəndaşın yetişdiyi məktəb isə dünyəvilik, bərabərlik, qarşılıqlı hörmət və milli-mənəvi dəyərlər üzərində qurulmalıdır. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsinə də məhz bu geniş yanaşma çərçivəsində baxmaq lazımdır. Məsələni yalnız məktəbli formasına, müəllimin necə geyinməsinə və ya ayrı-ayrı geyim elementlərinə müncər etmək düzgün olmazdı.
Burada söhbət məktəbin daxili nizam-intizamından, təhsil mühitinin təşkilindən, uşaqlar arasında bərabərliyin qorunmasından, dünyəvi təhsilin mahiyyətindən və gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılmasından gedir. Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 720 Tarix: 15 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi
"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd
15 oktyabrAzərbaycanda gənc əsgər vəfat etdi - Foto
Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki
15 oktyabrBakıda və Abşeronda hava iki gün tozlu olacaq
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini
15 oktyabrBakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd
14 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabr