Rusiyadan qaçan Kseniya Sobçak ölkəsinə qayıtdı
Rusiyalı jurnalist Kseniya Sobçak ölkəsinə qayıdıb.
Bu barədə Rusiya mediası şahidlərə istinadən xəbər verib.
Bildirilir ki, aparıcı Pskov vilayətində sərhədi keçib.
Sobçakın özü hələlik bu barədə açıqlama verməyib. Ötən həftə anası, Federasiya Şurasının üzvü Lyudmila Narusova qızının "çox tezliklə" Rusiyaya qayıdacağını bildirib.
Xatırladaq ki, Sobçak oktyabrın 26-da Rusiyanı tərk edib. O, istintaqı çaşdırmaq üçün öncədən Dubay və Türkiyəyə bilet alıb, sonra isə Moskvanı tərk edib və Belarusdan keçməklə Litvaya gedib.
Bildirilir ki, əməliyyatçıların əlində Kseniya Sobçakın saxlanılmasına dair həbs qərarı olub, lakin o, ölkədən qaçmaqla gizlənməyə nail ola bilib. Ehtimal edilir ki, Sobçakın həbsinə dair qərar onun kommersiya direktoru Kirill Suxanov, eləcə də "Tatler" jurnalının keçmiş baş redaktoru Arian Romanovskinin fiqurantları olduğu cinayət işi ilə bağlıdır.
Daha əvvəl bildirilmişdi ki, Kseniya Sobçakın bağ evində axtarış aparılıb. Jurnalistin özü isə Suxanovun saxlandığını təsdiqləyib, lakin ətraflı açıqlama verməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 967 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Simonyan anklavlar haqqında danışdı
Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya
16 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabrCNN: Ukrayna Patriot raketlərisiz qalıb
Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib
16 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabr