Quterreşdən CİDDİ MESAJ: "Dünya "cəhənnəm iqliminə" doğru gedir"
"Dünya hazırda artan istixana qazı emissiyaları fonunda "iqlim cəhənnəmi" yolundadır".
Publika.az "Sky News"a istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Misirdə keçirilən COP27 iqlim sammitində açılış nitqində deyib.
"Biz itiririk. İstixana qazı emissiyaları artır. Qlobal temperatur yüksəlir. Və planetimiz sürətlə iqlim xaosunu geri dönməz hala gətirəcək uçurum nöqtəsinə yaxınlaşır. Biz "cəhənnəm iqlimi" üçün avtobandayıq və ayağımız qaz əyləcindədir", - Quterreş bildirib.
BMT-nin Baş katibi iqlim dəyişikliyini əsrimizin həlledici problemi və mərkəzi çağırışı adlandırıb.
"İqlim probleminin səbəbi insan fəaliyyətidir. İnsan fəaliyyəti də həll yolu olmalıdır. Elm birmənalıdır: temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasının hər hansı imkanı 2050-ci ilə qədər qlobal xalis sıfır emissiyaya nail olmaq deməkdir. Biz geri dönüş nöqtəsinə yaxınlaşırıq. Dəhşətli aqibətdən qaçmaq üçün bütün G20 ölkələri keçidi elə indi - bu onillikdə sürətləndirməlidirlər", - o vurğulayıb.
Quterreş əlavə edib ki, inkişaf etmiş ölkələr bu məsələdə təşəbbüs göstərməlidir.
O, həmçinin "iqlim həmrəyliyi sazişi"nə dair razılaşmaya çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Azərbaycanda yeni qanun qəbul ediləcək
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası
Əli Həsənova yeni vəzifə verilir