Qurban Qurbanov: "Gent" ciddi rəqibdir"
"Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərimiz güclü idi. Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi".
Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
50 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasına münasibət bildirib. Klubun mətbuat xidmətinə açıqlama verən Qurbanov Belçika təmsilçisi "Gent"i dəyərləndirib: "Güclü komandalardan biri ilə qarşılaşacağıq. "Gent" ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib. Son illərdə klub səviyyəsində inkişaf göz önündədir. Bu mövsüm Belçikanın digər təmsilçisi "Brügge" Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutaraq, mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir. Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir. Qarşıda xeyli vaxtımız var. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün izah edək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Qarabağ" – "Gent" oyunu 2023-cü il fevralın 16-da baş tutacaq. Bir həftə sonra rəqiblər Belçikada üz-üzə gələcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Azərbaycanda yeni qanun qəbul ediləcək
Sibirdə qar yağması qışın sərt keçəcəyini göstərmir - Səbəbi açıqlandı
Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası
Əli Həsənova yeni vəzifə verilir