Ceyhun Bayramov Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müzakirə olunan məsələləri AÇIQLADI

Ceyhun Bayramov Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müzakirə olunan məsələləri AÇIQLADI"ABŞ bu prosesin irəliləməsində və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında çox maraqlıdır".

Bunu ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Report"un yerli bürosuna açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Vaşinqton şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşdə rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsinin baza prinsipləri ilə bağlı təklifinə cavabını təqdim edib.

"Bildiyiniz kimi, Azərbaycan və Ermənistan liderləri xarici işlər nazirlərinə iki ölkə arasında imzalanacaq sülh müqaviləsi üzrə danışıqlara başlamaq barədə tapşırıq veriblər. Həmin tapşırığa uyğun olaraq Azərbaycan tərəfi öncədən də təqdim edilmiş baza prinsiplərinə əsaslanan, onun daha geniş işlənmiş versiyasını oktyabr ayının 2-də Cenevrə şəhərində Ermənistan tərəfinə təqdim edib. Azərbaycanın versiyası əsasında ilkin danışıqlar aparılıb və Ermənistan həmin versiyaya baxmaq üçün əlavə vaxtın istəyib və müvafiq zaman ərzində cavabın hazırlanmasına dair fikrini bildirib. Təxminən bir həftə bundan öncə ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə həmin sülh müqaviləsi əsasında Azərbaycan və Ermənistan arasında olan növbəti danışıqların Vaşinqtonda keçirilməsinə dair təklif təqdim edildi və həmin razılaşmaya əsasən Ermənistanın xarici işlər naziri ilə görüşümüz oldu", - C.Bayramov vurğulayıb.

XİN başçısının sözlərinə görə, görüşdə Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi üzrə təqdim etdiyi ilkin baza prinsipləri ilə bağlı öz cavabını və təkliflərini təqdim edib: "Eyni zamanda Ermənistan tərəfinin verdiyi təkliflər əsasında bu gün müxtəlif istiqamətlərdə fikir mübadiləsi aparıldı. Təbii ki, hər bir tərəf təkliflərini verir və onu əsaslandırır. Tərəflər arasında fikir müxtəlifliyi, yanaşmalarda fərqliliklər var. Ancaq, bu əngəl deyil, proses və bu danışıqlar davam edəcək. Düşünürəm ki, müəyyən dövrdən sonra Azərbaycan tərəfi növbəti versiyanı hazırlayıb qarşı tərəfə təqdim edəcək. Növbəti görüş barədə hələ ki konkret bir fikir yoxdur. Düşünürük ki, bu proses davam etməlidir".

C.Bayramov, ABŞ-ın iki dövlət arasında davam edən diplomatik danışıqlarda iştirakını yüksək qiymətləndirib: "ABŞ-ın dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş oldu və bir sıra məsələlər və istiqamətlərə dair fikir mübadiləsi aparıldı. ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh müqaviləsinin imzalanması istiqamətində irəliləməsi və buradan yaxşı nəticələr əldə olunması ətrafında fikirlərini bölüşdü. Bildirdi ki, ABŞ bu prosesin irəliləməsində və Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasında çox maraqlıdır. Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, görüşlərin keçirilməsi və yaradılan şərait çox yüksək səviyyədə idi. Görüş zamanı da ABŞ-ın dövlət katibi və onun komandasına öz təşəkkürümü bildirdim".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1122   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr