4 min manatlıq dələduzluq: Bolqar qadın azərbaycanlı kişini evlənmək adı ilə aldatdı

4 min manatlıq dələduzluq: Bolqar qadın azərbaycanlı kişini evlənmək adı ilə aldatdıBolqarıstanın Şumen şəhəri yaxınlığında yerləşən kənddə yaşayan və üç uşaq anası olan qadın azərbaycanlı kişini aldadaraq onun 2 271 avro pulunu (təxminən 4 min manat) dələduzluq yolu ilə ələ keçirib.

Bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

Bildirilir ki, məhkəmə sübut toplamadan ittiham aktında göstərilən etirafedici açıqlamalara istinad edib.

Belə ki, qadın üç il sınaq müddəti elan edilməklə bir il həbs cəzası alıb.

Məlum olub ki, qadın 19-30 noyabr 2020-ci il tarixləri aralığında azərbaycanlıya özü haqqında yalan məlumatlar verib.

O, işsiz olub və xaricdə yaşayan kişini aldatmaq qərarına gəlib.

Qadın "Whatsapp" mobil tətbiqi vasitəsilə Azərbaycandan olan kişi ilə əlaqə saxlayıb. Türkcəni yaxşı bildiyindən əks cinsin nümayəndəsi ilə dərhal əlaqə qura bilib.

O bildirib ki, məqsədi ciddidir və ərə getmək barədə düşünür. Bolqar qadın qarşı tərəfi inandırıb ki, valideynləri bədbəxt hadisə nəticəsində ölüb və onu nənəsi böyüdüb.

Azərbaycanlı kişi isə oğlunu evləndirməyə hazırlaşdığını bildirib və qadını toyda iştirak etmək üçün Azərbaycana dəvət edib.

Qadın pasport, avtobus və təyyarə bileti üçün pul istəyib. Bundan əlavə o, atasından ona miras qalan və taxdığı qızıl-zinət əşyalarının gömrük rüsumlarının ödənilməsi üçün də vəsait istəyib. Azərbaycanlı kişi artıq pulunun qurtardığını deyəndə bolqar qadın onun zənglərinə cavab verməyib.

Fırıldaqçılığın üstünü açmaq bir qədər vaxt aparıb, lakin Bolqarıstan hüquq-mühafizə orqanlarının əməkdaşları qadını taparaq məsuliyyətə cəlb edə bilib.

Mənbə: Possaprimavera.ru


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1840   Tarix: 08 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı

Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onu

29 sentyabr
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

4 oktyabr
.

Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb

Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub

10 oktyabr
.

14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm

12 oktyabr
.

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub

3 oktyabr
.

Məşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video

Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]

3 oktyabr
.

Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu

Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. -ın məlumatına görə, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Cəbi Qarayevi (adı və soyadı şərtidir) qonşusu Əfqan qızının toyuna çağırıb. O, həyat yoldaşı ilə birlikdə toya getmək istəsə də, pul

3 oktyabr
.

Bakıda ağır qəza - 4 ölü - Yenilənib

Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind

7 oktyabr
.

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsind

3 oktyabr