Tramp tezliklə "mühüm bəyanat" verəcəyini açıqladı
ABŞ-nin keçmiş prezidenti Donald Tramp noyabrın 15-də Florida ştatında yerləşən özünün Mar-a-Laqo iqamətgahında "vacib bəyanat" verməyə hazırlaşır.
O, bu barədə Ohayoda tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edərkən bildirib.
Trampın sözlərinə görə, noyabrın 8-də keçirilən aralıq seçkiləri "ölkənin xilası" ola bilər.
Bu seçkilərdə Respublikaçılar Partiyasının nümayəndələrinin ABŞ Konqresinin hər iki palatasında səs çoxluğu qazana biləcəyi proqnozlaşdırılır.
"Mən noyabrın 15-də Florida ştatının Palm-Biç şəhərindəki Mar-a-Laqoda çox vacib bir bəyanat verəcəyəm", - deyə ABŞ-nin 45-ci prezidenti qeyd edib.
Daha əvvəl Trampın aralıq seçkilərindən sonra Ağ Evə namizədliyini irəli sürmək planlarını açıqlayacağı gözlənilirdi. Amerika mediasındakı bəzi mənbələr noyabrın 14-ü belə bir bəyanatın verilə biləcəyini ehtimal edir.
Mənbə: TASS
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1040 Tarix: 08 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Simonyan anklavlar haqqında danışdı
Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya
16 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabrCNN: Ukrayna Patriot raketlərisiz qalıb
Ukraynanın ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemləri üçün tutucu raketləri tükənib və bu da ölkəni Rusiyanın ballistik raketlərinə qarşı daha həssas edir. xəbər verir ki, bu, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında kəskinləşən ictimai münaqişə fonunda baş verib
16 oktyabrDünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Şotlandiyanın Orkney adalarında yerləşən Vestray və Papa Vestray adalarını birləşdirən hava marşrutu dünyanın ən qısa müntəzəm uçuşu hesab olunur. "Qafqazinfo" xəbər verir ki, cəmi 2,7 kilometr məsafəni qət edən təyyarənin uçuşu orta hesabla 53 saniyə çəkir, biletin qiyməti isə təxminən 1
15 oktyabr