ABŞ-da qasırğa fəlakəti gözlənilir

ABŞ-da qasırğa fəlakəti gözlənilirABŞ-ın Florida ştatı bu gün quruya çatacağı gözlənilən Nikol qasırğasının mümkün fəlakətlərinə hazırlaşır.

Sonxeber.az xəbər verir ki, ABŞ-ın Florida əyalətində ara seçkiləri geridə qoyan səlahiyyətlilər quruya çatması gözlənilən Nikol qasırğasının səbəb ola biləcəyi mümkün sel və dağıntılara qarşı alınacaq tədbirlərə diqqət yetirilib.

Florida ştatının qubernatoru vəzifəsinə yenidən seçilən Ron DeSantis keçirdiyi mətbuat konfransında şiddətli fırtınaların "ən böyük narahatlıq doğurduğunu və elektrik enerjisində əhəmiyyətli fasilələr ola biləcəyini" söylədi.

DeSantis 16 min işçi, 600 mühafizəçi və 7 axtarış-xilasetmə qrupunun fövqəladə vəziyyətlərə hazır olduğunu bildirib.

Ehtiyat tədbiri olaraq bəzi hava limanlarında uçuşların ləğv edildiyini bildirən DeSantis, fırtına səbəbiylə iyirmidən çox bölgədə məktəblərin bağlandığını açıqladı.

Milli Qasırğa Mərkəzi (NHC) son yeniləməsində qasırğanın Baham adalarının şimal-qərbinə doğru irəlilədiyi və Florida ştatının West Palm Beach-dən təxminən 340 kilometr aralıda yerləşdiyi barədə məlumat paylaşıb.

Nikol qasırğası səbəbindən ştatın 34 əyalətində fövqəladə vəziyyət elan edilib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Mar-a-Laqo" malikanəsi də yaxınlaşan fırtına səbəbindən təxliyyə edilməsi əmri verilən Palm Beach rayonunda yerləşir.

Tramp ailəsinin evakuasiya əmrinə əməl edib-etmədiyi bəlli deyildi.

Okeana 500 metrdən az məsafədə olan Mar-a-Laqo əvvəlki bir çox qasırğadan ciddi zərər görmədən sağ çıxmışdı.

ABŞ Aerokosmik Agentliyi (NASA) Floridaya yaxınlaşan yeni fırtına səbəbiylə sentyabr ayında İan qasırğası səbəbiylə təxirə saldığı "Artemis I" meqa raketinin buraxılışını təxirə salmağa qərar verdiyini açıqlayıb.

Florida ştatı sentyabrın 28-də "4-cü kateqoriyaya" çatan İan qasırğası ilə viran qalıb və yerli mənbələrə görə, 1935-ci ildən bəri ən şiddətli qasırğa səbəbindən ştatda ən azı 125 nəfər ölüb.

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1043   Tarix: 10 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm

15 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr
.

Böyük Britaniyada Sky şirkətinin ITV-ni satın almasına hökumət müdaxilə edə bilər

Böyük Britaniya hökuməti Sky şirkətinin ITV telekanalının yayım və striminq bölməsini 1,6 milyard funt sterlinqə satın alması planını araşdırmağa hazırlaşır. Mədəniyyət naziri Lisa Nandi sövdələşmənin ictimai maraqlara təsirini qiymətləndirmək üçün müdaxilə edə biləcəyini bildirib. The Guardian-a istinadə

16 oktyabr
.

Zəhərli hörümçək udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

16 oktyabr
.

Çinin "Zhuque-2E Y4" daşıyıcı raketi orbitə 10 peyk buraxıb

Çinin CGTN televiziya kanalı bildirib ki, Çin Yer səthini izləmək və peyk internet şəbəkəsi yaratmaq üçün orbitə 10 peyk buraxıb. xəbər verir ki, Zhuque-2E Y4 daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Jiuzhaigou Kosmik Stansiyasının yaxınlığındakı Dongfeng Kommersiya Kosmik İnnovasiya Sına

15 oktyabr
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14 oktyabr
.

Simonyan anklavlar haqqında danışdı

Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya

16 oktyabr
.

İstanbulda leysandan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 4-ə çatıb. "Report" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, iki gündür axtarışları davam edən 4 itkin şəxsdən daha birinin nəşi sel sularından çıxarılıb və bununla da ölənləri

16 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr