Kennedi sui-qəsdindən sağ çıxan adam vəfat etdi
ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin qətli zamanı güllələnən həmkarlar ittifaqının lideri Pol Şreyd dünən vəfat edib.
Sonxeber.az xəbər verir ki, Şreyd 1968-ci ilin iyununda Los-Ancelesdə baş vermiş sui-qəsddən sağ çıxan beş nəfərdən biri kimi tanınır.
Robert Kennedi 1963-cü ildə qətlə yetirilən ABŞ prezidenti Con Kennedinin qardaşı və senatoru idi.
Robert Kennedi sui-qəsdindən sağ çıxan həmkarlar ittifaqı lideri Paul Şreyd, Kennedinin sui-qəsd zamanı hədəf alındığını və başından güllələndiyini bildirib.
Qətl törətdiyinə görə həbs edilən Sirhan ifadələrində içkili olduğunu və sui-qəsdi xatırlamadığını bildirib.
Şreyd ikinci qatildən şübhələnirdi və Sirhanın günahsız olduğuna inanırdı. Qohumları Şreydin sui-qəsdi araşdırmağa davam etdiyini və bunun onu sağ saxladığını bildirib.
1969-cu ildən bəri məhkəmə proseslərinə qatılmayan Şreyd, Sirhanın şərti azadlığa buraxılması ilə bağlı beş ildən bir keçirilən məhkəmə iclasında ilk dəfə 2016-cı ildə iştirak edib. Şreyd Sirhana onu bağışladığını deyib.
Şreyd 2021-ci ildə azadlığa buraxılması ilə bağlı dinləmələr zamanı Sirhanın Robert Kennedinin qatili olmadığını iddia etdi. Məhkəmə Sirhanın azadlığa buraxılmasına qərar versə də, Kaliforniya qubernatoru onun həbsini davam etdirməyə qərar verib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1599 Tarix: 10 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm
15 oktyabrİran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək
İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək. xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağl
15 oktyabrGəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15 oktyabrSimonyan anklavlar haqqında danışdı
Anklavlar və eksklavlar barədə heç bir razılaşma yoxdur, Kərkinin (Tiqranaşen) Başkəndə (Artsvaşen) mübadiləsi barədə müzakirələr aparılır. Bu, mümkündür, lakin Ermənistan üçün müəyyən edilmiş ərazi sahəsi çərçivəsində. xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonya
16 oktyabrRusiya "Naftoqaz"ın obyektinə zərbə endirib
Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib. "Report"un məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbə
15 oktyabrZelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir
Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb
15 oktyabrABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib
ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları
15 oktyabr