Sevgilisinə özünü "Yarasa"nın zabiti kimi təqdim etdi, yalanı üzə çıxdı
Sosial şəbəkədə tanış olduğu qadına qarşı dələduzluq edən Anar Quliyevin (soyad-şərtidir) məhkəməsi başa çatıb.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, 1984-cü il təvəllüdlü A.Quliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Nərgiz Məmmədova (ad-soyad şərtidir) ilə tanış olan zaman özünü XTQ-nin keçmiş mənsubu kimi təqdim edib. O, Vətən müharibəsi başlayan zaman sentyabrın sonunda Nərgizə zəng edərək guya döyüşə çağırıldığını bildirib. Anar mütəmadi olaraq qadına zəng vurub yalandan cəbhə bölgəsində oluğunu, döyüş əməliyyatlarında iştirak etdiyini söyləyib.
Vətən müharibəsi başa çatandan sonra sosial şəbəkədə tanış olan şəxslər görüşüb. Anar ilk tanışlıq zamanı özünü Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" adlı xüsusi təyinatlı dəstənin xidmət vaxtı yaralanması səbəbindən ehtiyata çıxmış zabiti kimi təqdim edib. 2021-ci ilin yanvar ayının 28-də Anarın anası onlara elçi gedib, lakin qızın valideynləri düşünmək üçün vaxt istəyiblər.
Maraqlıdır ki, Anarın anası da oğlunun yalanına şərik çıxıb və övladının zabit olduğunu təsdiqləyib. Əslində isə məlum olub ki, sevgilisinə yalan danışan şəxs özəl şirkətlərin birində mühafizəçi işləyirmiş.
Anar bu ərəfədə Nərgizi DTX-də işə düzəldə biləcəyini deyib, bunun üçün kurslara qatılmalı olduğunu qeyd edib. A.Quliyev bu səbəbdən ümumilikdə qarşı tərəfdən müxtəlif bəhanələrlə 10 000 manata yaxın pul alıb.
2021-ci ilin sonlarında isə Nəgrizlə Anarın münasibəti pozulub. Qadın aldadıldığını başa düşüb və Anarın əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Bundan sonra Anar Nərgizə mesaj yazıb: "Səhər məni apardılar, dedilər ki, mən filankəsin adından kimlərdənsə pul alıb işə düzəltmişəm. Sən evdə kiməsə nəsə demisən? Dedim ki, demə də evdə. Rütbəmi cırdılar, hər şeyimi aldılar əlimdən".
Qeyd edək ki, Anar Quliyev daha öncə də məhkumluq həyatı yaşayıb. O həmin vaxt Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) təqsirli bilinib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1429 Tarix: 12 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrXankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabr