"İnsan hüquqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu" - Deputat

"İnsan hüquqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu" - DeputatBu gün 12 Noyabr Konstitusiya günüdür.

Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqlarının müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətlərinin artırılmasına yönəlib:

"XX əsrin əvvəllərində müstəqilliyini elan etmiş və cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövləti əsas Qanunu olan Konstitusiya qəbul edə bilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının tarixi SSRİ tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası Respublikamızın SSRİ-nin tərkibinə qəbul edildikdən sonra, 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. 1925-ci ildə isə SSRİ-nin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər qəbul edilib. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilmişdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərlik etdiyi dövrdə, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra 1978-ci il aprelin 21-də Azərbaycan SSR-nın sonuncu Konstitusiyası qəbul edilir. Məhz Ulu öndər Heydər Əliyevin təklifi ilə qəbul edilmiş bu Konstitusiyanın 73-cü maddəsində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" qeyd edilir. Azərbaycan dilinə dövlət dili statusu verilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. 1993-cü ildə Ulu öndər Heydər Əliyev Müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra, 1995-ci ildə 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktına zidd olmayan hissələr saxlanılmaqla yeni Konstitusiya qəbul edilmişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda səs verənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Bununla da Azərbaycanın Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin 1996-сı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başladı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına təkan verdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə əsas vəzifə olaraq qoydu. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşməsinə və vətəndaş cəmiyyətinin bərqərar olunmasına və sair bu kimi nəaliyyətlər təsbit olunmuşdur.
Dəyişən sosial-siyasi reallıqlar səbəbindən və əldə olunmuş nəailiyyətlərin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib. 2016-cı il sentyabr 26-da keçirilmiş referendumda Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilmişdir. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə edir.
Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqlarının müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətlərinin artırılmasına yönəlib".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1846   Tarix: 12 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu

8 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr