Xomeyni ilə ASALA arasında ittifaq necə yaranmışdı?

Xomeyni ilə ASALA arasında ittifaq necə yaranmışdı?Tehranın Azərbaycana düşmən münasibətinin səbəblərindən biri İranda molla rejimini quran Xomeyninin ASALA tərəfindən Fransada qorunması və onun Tehrana qayıdışından sonra - 1982-ci ilə qədər ASALA-nın himayəsi altında yaşaması olub.

"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" - ASALA 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində yaradılıb. Təşkilatın ən böyük mərkəzi Parisdə yerləşir. Məhz burdakı ofis də Xomeyninin həm qorunmasını, həm də onun dünyaya tanıdılmasını öz üzərinə götürüb.

Xomeyni İranın xilaskarı kimi peyda olana qədər Parisdə yaşadığı dövrdə onu öz missiyaları üçün Fransa xüsusi xidmət orqanları hazırlamışdı. Xomeyni Fransaya uçub gedəndən sonra gözlənilmədən bütün dünyaya sözünü çatdırmaq imkanı qazandı. Amansız və kompromisə getməyən ayətullah beynəlxalq status əldə etdi. Və onu Şah tərəfdarlarından qorumaq üçün Parisdə xüsusi təlim görmüş bir dəstəyə ehtiyac var idi. Bu zaman Parisdə peyda olan ASALA qurucularından olan Akop Tarakçıyan Xomeyninin Fransada sürgündə yaşadığı Neauphle le Chateau kəndindəki evinin qonağı olur və aralarında möhkəm dostluq yaranır (Görünür, Xomeyninin türklərə (azərbaycanlılara) münasibəti ilə Tarakçıyanın münasibəti üst-üstə düşüb – red.). Akop onu qorumaq üçün 15 nəfərlik bir dəstəni Xomeyni yaşayan kəndə göndərir və beləliklə, İranın gələcək liderinin ermənilər qarşısında bir can borcu yaranır.

1979-cu ildə Ruhulla Xomeyni İraq və Fransada 14 illik sürgün həyatından sonra geri qayıdır. Xomeyninin Parisdən gətirən təyyarədəki silahlı dəstə Fransa kəşfiyyatı ilə birgə onu qorumağa məsul idi.

Bir müddət İranda sistem qurmaqla məşğul olan Xomeyni 1982-ci ildə ermənilərə olan borcunu ödəmək istiqamətində addımlar atır.

1982-ci ildə ASALA Livanı boşaltdıqdan sonra təşkilat üzvlərinin getdiyi ölkələrdən biri də təxminən 250 min erməni əhalisinin yaşadığı İran olub. İran 1983-cü ilin iyul-avqust aylarında ASALA-ya dəvət göndərir. ASALA-nın da ehtiyacı olduğu üçün bu təklifə cavab verir. ASALA rəhbərləri ilə İran rəsmiləri arasında keçirilən görüşdə təşkilata silah verilməsi üsulları və onların təlimi müzakirə olunur. ASALA da İranın istədiyi hərəkətləri həyata keçirəcəkdi. 1983-cü ilin avqustunda ASALA silahlıları kürdlərlə birlikdə İranın İraqa qarşı hücumunda iştirak edirlər.

1984-cü ilin mart və aprel aylarında türk diplomatlarına qarşı hücumlar ASALA-nın Tehranda çox rahat hərəkət etdiyini göstərir. İran bu hücumlara qarşı tədbir gördüyünü bildirsə də, təşkilatla əlaqəni kəsmir. Xüsusilə 1985-ci ildən sonra Suriya ilə münasibətləri korlanan ASALA Bekaa vadisindəki silahlılarını İrana köçürür.

ASALA İranla əlaqələrini daha da irəli apararaq Beyrutda Amerika və Fransa əsgərlərinə qarşı bombardmanlar həyata keçirən radikal şiə Xomeyni tərəfdarı tərəfindən qurulan "İslami Cihad" terror təşkilatını dəstəklədiyini də açıqlayır.

Bu gün İranda hakimiyyətdə olan rejim Xomeyninin vəsiyyətini icra edir. Buna görə də İranda rejim dəyişməyənə qədər ermənilərə dəstək və türk düşmənliyi davam edəcək./Axar


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1251   Tarix: 13 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

Zəhərli hörümçək udan körpə qız komaya düşdü

Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so

16 oktyabr
.

Qırğızıstan COP17-də Ermənistanın təşəbbüsünü dəstəklədiyini bildirdi

COP17 konfransının şüarı olan "Təbiət naminə fəaliyyət göstərmək" iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi və biomüxtəlifliyin itirilməsi proseslərinin gücləndiyi bu gün xüsusilə aktualdır. xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadir Japarov COP17 çərçivəsində keçiriləcək "Biomüxtəlifli

16 oktyabr
.

CNN: "ABŞ İrana qarşı "bütün bombaların anası"ndan istifadə etməyi nəzərdən keçirir"

ABŞ ordusu prezident Donald Trampın hərbi əməliyyatların bərpası barədə göstəriş verəcəyi təqdirdə İranda enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün yeni planlar hazırlayıb. CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu planlara "bütün bombaların anası" adlandırıla

15 oktyabr
.

ABŞ İran və Venesuelaya qarşı bu sistemdən istifadə edib

ABŞ Kosmik Qüvvələri İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün radioelektron mübarizə sistemlərindən istifadə edib. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Məlumata görə, bu sistemlər rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini aşkar etmək və onları

15 oktyabr
.

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm

15 oktyabr
.

Böyük Britaniyanın maliyyə naziri Rusiya gəmiçiliyinə qarşı sanksiyaları sərtləşdirməyə çağırır

Böyük Britaniyanın maliyyə naziri Con Heli cümə axşamı günü Beynəlxalq Valyuta Fondunun (BVF) Banqkokda keçiriləcək illik toplantısında xarici həmkarları ilə görüşməyə hazırlaşarkən digər ölkələri Rusiya ilə əlaqəli gəmiçiliklə bağlı sanksiyaları sərtləşdirməyə çağırıb. France 24-ə istinadən xəbər veri

15 oktyabr
.

İsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib

İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"

15 oktyabr
.

İrana qarşı yeni sanksiyalar elan etdilər

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli 16 şəxs və 10 qurumu sanksiya siyahısına daxil edib. Məhdudiyyətlərin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmağa yönəldiyi bildirilib. Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, "İqtisadi Təcrid Əməliyyatı" çərçivəsind

16 oktyabr