Edam zamanı özünə "atəş" əmrini verən nasist

Edam zamanı özünə "atəş" əmrini verən nasistMüasirləri onu maraqlı bir ifadə ilə xarakterizə ediblər: "Hans Rauter anadan nasist doğulub..." Sözsüz ki, bu ifadə təsadüfi işlədilməyib. Bütün şüurlu həyatını nasist ideologiyasına, nasist fəaliyyətinə həsr edən Rauter II Dünya müharibəsi tarixində ən qəddar bir sima kimi yadda qalıb...

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, 1895-ci ildə Avstriyanın Klagenfurt şəhərində anadan olan Hans Rauter gimnaziyada təhsilini başa vurduqdan sonra Qrats Texniki Universitetinin mühəndislik fakültəsinə qəbul olunub. Hərbi xidmətdən möhlət hüququ olmasına baxmayaraq I Dünya müharibəsi başlananda Rauter könüllü olaraq Avstriya ordusuna yazılıb, dağ motoatıcı qoşunlarında xidmətə başlayıb.

Müharibədən sonra Rauter 1919-cu ildə Avstriyada "Xeymver" milli hərbiləşdirilmiş birliyin yaradılmasında fəal iştirak edib və 1921-ci ildə ilk dəfə Adolf Hitlerlə görüşüb. "Xeymver" nasist ideologiyasının daşıyıcısı olduğundan Hitlerin bu birliklə sıx əlaqələri olub. Məhz "Xeymver"in fəaliyyəti Hitlerlə Rauteri biri-birlərinə daha da yaxınlaşdırıb.

1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Rauterin karyerasında yeni mərhələ başlanıb. Əvvəlcə o, partiyanın Avstriya üzrə idarəsində vəzifə alıb, sonra SS-də xidmətə başlayaraq reyxsfürer Henrix Himmlerin qərargahında zabit kimi fəaliyyətini davam etdirib. 1938-ci ildə isə Rauter Reyxstağa deputat seçilib. Onun namizədliyi birbaşa Hitler tərəfindən verilib.

1940-cı ildə Almaniya Niderlandı işğal etdikdən sonra Rauter bu ölkədə SS-in rəhbəri təyin edilib. Himmlerin sağ əli kimi tanınan Rauter Niderlandda özünü, "bacarığını" sübut etməyə imkan tapıb. Cəmi bir neçə sutkadan sonra o, "Niderlandın baş cəlladı" kimi ad çıxarıb.

Rauterin "gərgin" əməyi sayəsində iki il ərzində Niderlanddan 110 min yəhudi düşərgələrə göndərilib. Təkcə 1941-1942-ci illərdə 300 mindən artıq niderlandlı Almaniyaya göndərilərək məcburi əməyə cəlb edilib. Onların əmlakı isə müsadirə olunaraq Rauterin sərəncamında saxlanılıb.

General-mayor rütbəsinə qədər yüksələn Rauter Niderlandda ildə bir neçə dəfə SS rejimini daha da sərtləşdirən əmrlərə imza atıb. Ərazidə xidmət edən nasistlərə qarşı yerli sakinlərdən ən kiçik bir müqavimət kütləvi həbslərə səbəb olub. Əgər bir nəfər nasist Niderland Müqavimət Hərəkatı üzvləri tərəfindən öldürülübsə, həmin bir nəfərin əvəzinə Amsterdamın mərkəzində kütlələr qarşısında üç nəfər edam edilib.

Rauterin yerli əhaliyə qarşı amansız münasibəti təkcə həbslərlə, edamlarla yekunlaşmayıb. 1943-cü ilin sərt qışında o, ölkənin şimal hissəsinə ərzaq daşıyan yük maşınlarının yolunu bağlayaraq maşınların mənzil başına çatmasına imkan verməyib və 20 gün ərzində həmin yollar SS tərəfindən bağlı saxlanılıb. Bunun nəticəsi olaraq Niderlandın şimal bölgəsində 20 mindən artıq yerli sakin aclıqdan ölüb.

Rauterin göstərişi ilə ölkənin ayrı-ayrı bölgələrində çörək zavodlarında, digər ərzaqlar istehsal edən müəssisələrdə heç bir səbəb olmadan yoxlamalar aparılıb. Bu cür yoxlamalar bir neçə gün davam edərək müəssisələrin işini iflic vəziyyətinə salıb ki, bu da süni ərzaq qıtlığına səbəb olub.

1940-1945-ci illərdə Rauter Amsterdamda min nəfərdən artıq ziyalını, tanınmış elm, mədəniyyət, incəsənət xadimini həbsə göndərərək paytaxtın ictimai mühitində nasist ab-havası yaradıb.

Ümumilikdə Rauterin Niderlandda SS rəhbəri kimi fəaliyyət göstərdiyi dövrdə, 1940-1945-ci illərdə 200 mindən artıq insan məhv edilib. Onların əsas hissəsi isə yəhudilər olub.

1945-ci ilin may ayında Rauter Britaniya hərbçiləri tərəfindən həbs edilib. Onu mühacirətdən qayıdan Niderland hökumətinə təhvil veriblər.

Rauterin istintaqı 3 il davam edib. 1948-ci ildə 76 cilddən ibarət cinayət içi Haaqa məhkəməsinə göndərilib. Məhkəmə prosesində Rauterin bütün cinayətləri faktlarla sübuta yetirilib. Özünü çox soyuqqanlı aparan nasist cəllad ittihamlara sükutla cavab verib. Ona son söz veriləndə də özünü günahkar saymayıb:

"Mən hərbi rütbə daşımışam və rütbəni daşımağa başlayanda bütün əmr və göstərişləri müzakirə etmədən icra etməyə and içmişəm. Əsl hərbçilər öz andlarına sadiq olurlar. Mən də onlardan biriyəm. Əməllərimə, fəaliyyətimə görə peşmançılıq hissi keçirmirəm. Özümü bir general kimi xoşbəxt sayıram ki, fürerin əmr və göstərişlərini vicdanla yerinə yetirmişəm. Əmri yerinə yetirən bir general haqqında ittihamların irəli sürülməsini isə yersiz və mənasız sayıram, o cümlədən bu ittihamları qəbul etmirəm..."

4 gün davam edən məhkəmə onun haqqında ən ağır hökm, güllələnmə hökmü çıxarıb. Vəkilləri hökmlə bağlı kasasiya şikayəti veriblər. Yuxarı instansiyalar şikayəti təmin etməyib, hökm qüvvəsində qalıb.

Beləliklə, 25 mart 1949-cu ildə Rauter edam üçün Niderlandın Sxefennigen şəhərinə aparılıb. Edam kürsüsünə çıxarılanda o, holland dilində "atəş" əmrini verərək özü öz edamının hökmünü verib. Nasist cəlladın harada dəfn olunması isə məxfi saxlanılıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1893   Tarix: 13 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

ABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir

ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b

15 oktyabr
.

ABŞ hərbçiləri heyət üzvlərini təxliyə etdikdən sonra Oman körfəzində İrana məxsus gəmini məhv ediblər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X paylaşımında ABŞ ordusunun çərşənbə günü Oman körfəzində İrana məxsus bir hərbi gəmini məhv etdiyi bildirilir. The Jerusalem Post-a istinadən xəbər verir ki, CENTCOM-un məlumatına görə, gəmi "Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini müşahid

15 oktyabr
.

Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı

Orta əsrlər İngiltərəsində kasıb ailələrdə böyüyən insanlar qurğuşunun zərərli təsirinə daha çox məruz qalıblar. Alimlər bunun səbəblərini araşdıraraq sosial təbəqə ilə zəhərli metala məruzqalma səviyyəsi arasında əlaqə müəyyən ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanın nəticələr

14 oktyabr
.

Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər

1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu

14 oktyabr
.

Rus ordusu iki kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

15 oktyabr
.

Lavrov Tehrana səfər edəcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə

16 oktyabr
.

Zelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir

Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb

15 oktyabr
.

Yəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb

Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə

16 oktyabr