Pis günü yaxşı günə necə çevirmək olar? - 11 MƏSLƏHƏT
Hər bir kəsin həyatında pis günlər olur. Bəzən hansısa hadisələr, yaxud insanlar kefimizi pozur. Lakin unutmayaq ki, başımıza gələn bütün hadisələr bizdən asılı olmasa da, onlara yanaşma tərzini özümüz seçirik.
Bəs pis günümüzü yaxşı günə çevirməyin yolu varmı?
BiG.AZ oxuculara bununla bağlı 10 məsləhət vermək istəyir.
1. Ən yaxın dostunuzla, yaxud ailənizlə danışın. Onlarla ünsiyyət sizə problemlərinizi unutdura, yaxud həll yollarını tapmağa yardım edə bilər. Sevdiyiniz insanlarla danışarkən üzünüz gülər, kefiniz açılar və beyninizdəki neqativ fikirlərdən uzaqlaşarsınız.
Bir sözlə, pis gününüzdə sadəcə dostunuza, ananıza, atanıza zəng edin.
2. Sevdiyiniz musiqini dinləyin. Deyirlər, musiqi ən yaxşı terapiyadır. Sevdiyiniz musiqiçinin ifasında sevdiyiniz mahnı sizi sakitləşdirə və kədəri unutdura bilər. Musiqi stresə qarşı ən yaxşı vasitədir.
3. Mətbəxə keçib sevdiyiniz yeməyi hazırlayın. Yaxşı yemək insanın kefini aça bilər. Onu hazırlama prosesi də sizə bir ayrı zövq verəcək.
4. Duş qəbul edin. Hamam bütün neqativ enerjini yuyub aparmaq üçün əla yerdir və siz buradan tamam başqa insan kimi çıxa bilərsiniz. Duş qəbul etmək bədən, beyin və fikirləri təmizləmək üçün ən gözəl üsuldur. Bir sözlə, kefiniz pozulanda çimin.
5. Bir müddətlik sosial şəbəkələrdən uzaqlaşın. Müasir nəsil üçün sosial şəbəkə vacib olsa da, həddindən artıq istifadə lazımsız narahatlıq və neqativ emosiyalar yarada bilər. Bu səbəbdən arada sosial şəbəkələrdən uzaqlaşmaq lazımdır. Bu, fikirlərinizi toparlamağa, sakitləşməyə kömək edə bilər.
6. Təbiət terapiyası. Təbiətlə təmas sizə müsbət enerji ötürəcək. Gözəl mənzərəni izləmək belə, insana mənəvi zövq verir. Ağaclar arasında, otlar üzərində yeriyərkən, günəşin batışını izləyərkən, çay qırağında oturarkən beyninizdən bütün neqativ düşüncələri çıxara bilərsiniz. Dəniz dalğalarının, quşların səsi də insana xüsusi rahatlıq verir.
7. Gülməli videolara baxın. Ürəkdən qəhqəhə çəkmək bir çox dərdlərə dərmandır. Ona görə də kefiniz pozulanda sadəcə "YouTube"a girib məzəli videoları izləyin. Hər hansı komediya filminə də baxa bilərsiniz. Gülüş sizi stresdən azad edəcək və gününüzə rəng qatacaq.
8.Sevdiyiniz işlərlə məşğul olun. Hər kəsin gizli istedadları var. Məsələn, bəziləri kulinariya sahəsində, bəziləri rəssamlıqda, bəziləri isə yazıçılıqda bacarıqlıdırlar. Çətin anlarınızda ən çox sevdiyiniz işlə kefinizi açın.
9. Özünüzə vaxt ayırın. Adətən insan depressiyaya düşdüyü zaman özünü hər kəsdən təcrid etmək istəyir. Özünüzlə vaxt keçirməyi tənlalıq hesab etməyin. Belə anlarda özünüzə kiçik "sürpriz" də edə bilərsiniz: sevdiyiniz şokoladla, çoxdan almaq istədiyiniz kitabla və ya getmək istədiyiniz məkana getməklə.
10. İdman zalında vaxt keçirin. Məşq etmək insana bol enerji bəxş edir. Bunu ritmik musiqi sədaları altında etmək sizin əhval-ruhiyənizi inanılmaz dərəcədə yaxşılaşdıra bilər. Bütün pis fikirləri beyninizdən ataraq, qaçış lentində qaçmağı sınayın.
11. Həyatın müsbət tərəflərinə baxın. İstənilən vəziyyətdə insanın iki seçimi var: ya qəm dəryasına batıb özünü daha da məhv etmək, ya da vəziyyətə obyektiv baxıb müsbət tərəfləri görə bilmək və mənfiləri düzəltməyə çalışmaq. Çalışın ikincilərdən olun. Şablon səslənsə də, yaşadığınız həyat kimlərinsə arzusudur. Əlinizdə olanların dəyərini bilin. Nəyisə düzəltmək sizin əlinizdə deyilsə, kədərlənməklə daha yaxşı olmayacaq. Nəyisə düzəltmək sizin əlinizdədirsə, kədərlənmək yerinə, düzətməyə çalışın. Özünüzə inamı itirməyin. Yorulsaz, fasilə verin, amma yolunuzdan dönməyin və daim irəli gedin...
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO