İstanbul terrorunda bu ölkənin əli var - Sensasion açıqlama
Ötən gün Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində partlayış törədilib. Hadisə nəticədə 6 nəfər dünyasını dəyişib, 81 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Partlayışın hicablı bir qadın tərəfindən törədilməsi müəyyən edilib. Təhlükəsizlik kameraları vasitəsilə həmin şəxsi müəyyən etmək mümkün olub.
İstanbul polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində terror aktı törətməkdə şübhəli bilinən qadın gizləndiyi evdə aşkar olunaraq, saxlanılıb. Onun kimliyi və hadisənin digər detalları barədə məlumat verilməyib.
Hazırda faktla əlaqədar araşdırma aparıldığı deyilir. Hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. İddialara əsasən, İstanbuldakı partlayış Suriyadakı kürd qruplaşmalarının sifarişi əsasında həyata keçirilib.
Təhlükəsizlik və terorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu 6 nəfərin ölümünə səbəb olan terrorun hansı qüvvələr tərəfindən törədilməsi barədə fikirlərini Modern.az-la bölüşüb. Onun sözlərinə görə, xain hücumun səbəbkarı PKK terror təşkilatıdır:
"Körpə qatili PKK terror təşkilatına qarşı həm ölkə daxilində, həm də Suriya və İraqda çox uğurlu əməliyyatlar həyata keçirilir. Artıq terror təşkilatı ölkə daxilində tükəndiyi üçün son çırpınışlarını edir. PKK bunu Türkiyəyə qarşı tək həyata keçirmir, təbii ki, ona dəstək olan ölkələr var. Amma həmin ölkələr istədiklərinə nail ola bilməyəcəklər. Türkiyənin uğurlarını qəbullanmayan ölkələr gec-tez cavablarını alacaqlar".
Qanlı olayın səbəblərinə gəlincə, İmbat Muğlu bunun gələn il Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olduğunu düşünür:
"Məncə, terrorun digər səbəbi 2023-cü ildə baş tutacaq prezident seçkiləridir. Seçki öncəsi Türkiyədə qan tökmək istəyən heç bir terror qruplaşmasına əsla icazə verməyəcəyik. Xainlərə Türkiyənin cavabı ağır olacaq, düşmənlərimiz istəklərinə çata bilməyəcəklər".
Türkiyəli ekspert İstanbul terrorunun arxasında ABŞ-ın dayandığını iddia edib. Onun sözlərinə görə, PKK-nın ən böyük dəstəkçisi Amerika Birləşmiş Ştatlarıdır:
"Vaşinqton Türkiyənin lider ölkəyə çevrilməsini qəbul edə bilmir, onlar terror aktı törətməklə bizim uğurlarımıza kölgə salmaq istəyirlər".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1883 Tarix: 14 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabrArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrRus ordusu iki kəndi işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nefedovka və Çornoye yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
15 oktyabrLavrov Tehrana səfər edəcək
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 19-da Tehrana işgüzar səfər edəcək. xəbər verir ki, səfər zamanı iranlı həmkarı ilə danışıqlar planlaşdırılır. Danışıqlar zamanı tərəflər İran ətrafındakı vəziyyətə xüsusi diqqət yetirərə
16 oktyabrZelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir
Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb
15 oktyabrYəməndə prezident sarayına raket hücumu: 5 nəfər ölüb
Yəməndə husilərin raket hücumu nəticəsində prezident sarayı ərazisində azı beş nəfər həlak olub. Hadisə ölkədə davam edən silahlı qarşıdurma fonunda baş verib. The Guardian-a istinadən xəbər verir ki, hücum Yəməndə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Husilər ölkənin bəzi ərazilərinə nəzarə
16 oktyabr