"Fransa bizə deyil, gedib öz maşasına məsləhətini versin" - Deputat
"Fransa Senatı 15 noyabr 2022-ci il tarixli qətnaməni qəbul etməklə Azərbaycana qarşı qərəzli mövqeyini bir daha sübut etdi".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə söyləyib.
Deputat qeyd edib ki, bugünkü Fransa hökuməti işağlçını dəstəkləyən addımları ilə illərdir Azərbaycanla olan dostluq münasibətlərini zədələməkdədir:
"Görünür, dünənki qətnaməni qəbul edənlər tarixdən xəbərsizdirlər. Azərbaycan Ermənistan kimi hər hansı dövlətin torpaqlarını zorla və insanlarını vəhşicəsinə qətlə yetirərək işğal etməyib. Biz öz torpaqlarımızı vuruşaraq işğaldan azad etmişik. Fransa bizə deyil, gedib öz maşasına məsləhətini versin. Fransa Senatının son iki il ərzində qəbul etdiyi qətnamələr beynəlxalq hüquqa təcavüzdür və regionda vəziyyəti gərginlişdirməyə xidmət edir. Bu qətnamə həmişə olduğu kimi Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib. Son iki ildə sayca üçüncü olan dünənki qətnamənin ümumiyyətlə heç bir qüvvəsi yoxdur".
Deputat vurğulayıb ki, Fransa və Ermənistanın digər havadarları anlamalıdırlar ki, bu gün heç bir statusdan söhbət gedə bilməz:
"İki il əvvəl Azərbaycan Dağlıq Qarabağ problemini öz hərbi gücünə həll edib. Soydaşlarımızın Qarabağa qayıdışı artıq başlayıb. Ermənistanın havadararının qəbul etdiyi sərsəm qətnamələr bizi yolumuzdan döndərə bilməyəcək. Zəngəzur dəhlizi tezliklə açılacaq və Ermənistan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzayacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb