Köhnə avtomobili olanların nəzərinə - Yaxın zamanda...
"Köhnə avtomobillərin utilizasiyası ilə bağlı proqram "Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası Proqram"ı adlanır".
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə deyib.
O bildirib ki, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na əsasən, köhnə avtomobillərin utilizasiyasına dair proqram hazırlanmalıdır:
"Həmin proqram hazırdır. Proqram artıq ölkədə istismarda və qeydiyyatda olan avtomobillərin özünü mənəvi və fiziki cəhətdən köhnəlmiş və avtomobil də adlandırılması çətin olan nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlıdır. Təəssüf ki, bu proqramın razılaşdırma prosesi bir az uzandı. İnanırıq ki, yaxın zamanda bu proqramın razılaşdırma prosesi artıq yekunlaşacaq. Biz həmin proqramı tətbiq etməklə müəyyən qədər ölkədə artıq öz ömrünü sürmüş avtomobillərin utilizasiyasına, həm də avtomobillərin dövriyyədən çıxarılmasına nail ola biləcəyik. Həm də ETSN olaraq tullantıların idarə olunması nöqteyi-nəzərindən həmin avtomobillərin təkrar xammal kimi emala göndərilməsi, həm də o avtomobillərin müəyyən hissələrindən istifadə olunaraq yenidən dövriyyəyə qaytarılması kimi cəhdlər edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2396 Tarix: 25 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr