Sumqayıtda qadın anasına niyə beş bıçaq zərbəsi vurub?
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində anasını bıçaqlamaqda ittiham olunan 1986-cı il təvəllüdlü G.Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, G.Əliyeva anası, 1957-ci il təvəllüdü Z.Əliyeva ilə yaşadığı evdə ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı o, anasına beş bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan Z.Əliyevanın həyatını xilas etmək mümkün olub.
G.Əliyeva hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə istintaqı zamanı G.Əliyeva dindirilən zaman ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərib ki, hadisə baş verən gün anasından həkimə getmək üçün pul istəyib. Z.Əliyeva isə bir-iki günə ona pul verəcəyini söyləyib. Buna görə də anası ilə dalaşıb və mətbəxdən bıçaq götürərək onu yaralayıb.
Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq deyib ki, beş il müddətində ailəli olub, əri onu mütəmadi döydüyü üçün əsəbləri pozulub. Anası dəfələrlə ona müalicə almağını söyləyib, lakin qadının sözünə qulaq asmayıb. Bıçağı mətbəxdən götürüb, anası çölə çıxıb dördüncü mərtəbəyə düşdüyü üçün arxasınca qaçıb, onu xəsarət yetirib. Səs-küyə qonşular çıxıblar. Anasını bıçaqladıqdan sonra evə qalxıb və təcili tibbi yardıma qonşusunun zəng etdiyini bilib.
G.Əliyevanın sözlərinə görə, anasına xəsarət yetirərkən özündə olmayıb, onu necə vurduğunu isə bilməyib. Eləcə də neçə bıçaq xəsarəti yetirməsi yadında deyil. Həmin ərəfələrdə əsəbləri pozulub, lakin hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməyib, müalicə almayıb.
Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirib ki, qeyri-rəsmi nikahda olub, həmin evlilikdən beş yaşında qızı var. Aliment və sosial yardım almır. Evlənməmişdən əvvəl işləyib, lakin sonralar azyaşlı uşağının qayğısına özü qaldığı üçün çalışmır. Narkotik vasitədən və ya spirtli içkidən istifadə etmir, eləcə də hadisə günü narkotik vasitə və ya spirtli içki qəbul etməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO