Sidiyin rəngi və qoxusu hansı xəstəliklərdən xəbər verir?

Sidiyin rəngi və qoxusu hansı xəstəliklərdən xəbər verir?Sidik qəbul etdiyimiz qida maddələrinin böyrəkdə yığılıb qalan hissəsidir. Sidiyin tərkibi orqanizmin tələbatından artıq olan ziyanlı maye, su, ölü qan hüceyrələri və digər bu kimi tullantılardan ibarətdir. Lakin bir çox xalqlar tarix boyu sidiyin müxtəlif faydalarını taparaq ondan "dərman" kimi istifadə ediblər.

Sonxeber.az publika.az-a istinadən sidiyin qeyri-standart istifadəsi haqqında 11 faktı təqdim edir.

1. Puştunlar (Əsasən cənub-şərq, cənub və cənub-qərb Əfqanıstan və Pakistanın şimal-qərbində məskunlaşan İran xalqı) sidikdən işgəncə məqsədilə istifadə edirdilər. İnsanı dirəyə bağlayıb və onu ağzı açıq saxlayırmışlar. Qadınlar əsir olan şəxs boğulana qədər sidiklərini onun ağzına tökürmüşlər. Puştunlar belə mənfur işgəncə növünü müharibədə əsir düşən əsgərlər üzərində tətbiq etməyi sevirdilər.

2. Koryaklar (Sibirdə xalq) psixoaktiv maddə kimi qırmızı zəhərli göbələklərdən istifadə edirdilər. Zəhərli göbələklərə sidik töküləndə alkaloidlər fəal qalır və dezinfeksiyaedici təsir göstərir.

3. Fransada streptokok infeksiyasının müalicəsi məqsədi ilə sidiklə islanmış corabları boğaza dolayardılar.

4. Əgər sidiyin faydalı olduğunu düşünürsünüzsə, onda heç olmasa, az-az içmək daha yaxşıdır. Bu "ilk porsiya" özü ilə sidik kanalında olan bütün mümkün çirklənməni yuyub aparacaq və siz tamamilə steril olacaqsınız.

5. Qədimdə yoqa təlimçiləri səhərlər sidik içməyi yararlı sayılırdı, onlar hesab edirdi ki, guya bu ritual meditasiya vəziyyətinin inkişafına səbəb olur. Ola bilsin ki, bunun elmi əsası var. Çünki sidikdə melatonin hormonları var ki, bu da meditasiyanın durumuna müsbət təsir göstərə bilər. Lakin onlar sidikdə aktiv deyil. Bəlkə də sidiyi təkrar içmək melatonini fəallaşdırır.

6. Nəzəri Təbabət İnstitutunun 7 may 1996-ci il tarixli məqaləsində təklif nəzəriyyəsində insanın müntəzəm olaraq öz sidiyini içməsi xərçəng riskini azaltdığı deyilir. Çünki ondakı antigen orqanizmə daxil olanda immun sisteminin möhkəmlənməsinə kömək edir. Lakin bu nəzəriyyə də inandırıcı şəkildə sübut olmayıb.

7. Madonna bir dəfə etiraf etmişdi ki, mikozu (ayaq göbələyi xəstəliyi) sidik kompresləri vasitəsilə sağaldıb. Britaniya aktrisası Sara Maylz isə bildirib ki, 30 il ərzində öz sidiyini içib, çünki səhhətinə müsbət effektini hiss edib.

8. Qədim romalıların tənqidi şeirində dişlərin sidiklə təmizləndiyi deyilir: "Eqnati hər zaman gülümsəyir və dişlərini göstərir, yəqin ki, orada sidik həddindən artıq çoxdur".

9. Məsələn, su olmayan yerlərdə yanğını yatırmaq üçün su əvəzinə sidik içmək təhlükəlidir, çünki onun tərkibində natrium miqdarı yüksəkdir. Çox qısa müddətdən sonra siz daha güclü yanğı hiss edə bilərsiniz. Odur ki, belə vəziyyətlərdə hətta sidik yeganə maye olsa belə su əvəzinə onu içməyin.

10. 17-ci əsrdə fransızlar kosmetik məqsədlərlə sidik vannası qəbul edərdilər: Hesab edilirdi ki, o, cavanlaşdırır və dərini canlandırır.

11. Müxtəlif rəngli sidik, sən demə, sizin orqanizminiz və sağlamlığınız haqqında çox şey deyə bilər. Yuxarıda sadalanan məlumatlardan fərqli olaraq bu fakt sübut olunub. Klivlend klinikası insanların sağlamlıq vəziyyətini öyrənmək məqsədilə aşağıda təqdim olunub:

Sidiyin rəngi və qoxusu hansı xəstəliklərdən xəbər verir?

Sidik, sadəcə, toksinlərin və artıq suyun bədəndən xaric olunması demək deyil. Bədənlə bağlı bir çox gizli məlumatları da məhz sidiyin rənginə əsasən müəyyən etmək olar.

Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Şəffaf və ya solğun sarı rəngdə olan sidiyin rənginin dəyişməsi bir çox xəstəliklərin göstəricisidir. Düzdür, yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər, lakin əksər sağlamlıq problemləri sidiyin rənginə təsir edir.

Təzə sidik, demək olar, iysizdir. Lakin havanın təsiri nəticəsində sidikdə müəyyən proseslər baş verir ki, ifraz olunduqdan bir müddət sonra sidiyin iyi dəyişilir və ondan kəskin ammiak iyi gəlir.

Tibbi nöqteyi-nəzərdən sidikdə qırmızı qan hüceyrələrinin olması böyrək daşının olmasından, şirin ətir isə diabetdən xəbər verir. Şirin qoxunun səbəbi qlükozanın orqanizmdə tam işlənməmiş olmasıdır. Odur ki, sidikdə qan və ya qeyri-adi bir qoxu hiss etsəniz, dərhal həkimlə məsləhətləşin. Qırmızı qan hüceyrələri də sidiyə çəhrayı rəng verə bilər.

Bulanıq sidik nəyin göstəricisidir?

İnfeksiyalarla mübarizə aparmaq üçün sidiklə birlikdə gələn ağ qan hüceyrələri isə sidiyin bulanıq olmasına və pis iy verməsinə səbəb ola bilər.

Tünd rəng orqanizmin susuz qalmasından xəbər verir

Sidiyin tünd rəngdə olması orqanizmin susuz qalmasının göstəricisidir. Maye çatışmazlığından xəbər verən tünd rəngli sidik həm də pis qoxulu olur. Belə vəziyyətlərdə bol-bol su için.

Hamiləsinizmi?

Evdə aparılan testlərdə məlum olub ki, sidiyin tərkibində HCG hormonunun olduğunu müəyyən edir. Bəzi qadınlar hamilə olduğunu öyrənməzdən əvvəl sidiklərindən kəskin qoxu gəldiyini bildirirlər.

Hansı növ meyvələr sevirsiniz?

Bəzi meyvə və tərəvəzlərin tərkibində olan tünd piqmentlər sidiyin rəngini qırmızıya çevirə bilər. Qulançar yedikdən sonra sidiyin pis iy verəcəyini da unutmayın. Bu tərəvəzdə olan maddə pis qoxuya səbəb olur.

Tünd-sarı
Bu rəng böyrəklərdə problem olmasına və ya sarılıq xəstəliyinə işarədir. Qəti qərara gəlmək üçün həkim məsləhətinə ehtiyac var.

Narıncı rəng

Orqanizmdə C vitamininin çoxluğu sidiyi narıncı rəngə çevirə bilər.

Bulanıq qəhvəyi

Bu rəng ciddi sağlamlıq problemindən xəbər verir. Belə ki, bu rəng qaraciyər problemi, hepatit, dəri xərçəngi kimi ciddi xəstəliklərin xəbərçisidir ki, bu zaman həkimə muraciət təxirəsalınmazdır.

Qırmızı və ya qanlı sidik

Bu zaman sidik ya qırmızı olur və ya sidikdə qan damcıları görünür. Əsas səbəb kimi böyrək daşları göstərilir. Bu halı müşahidə edən kimi dərhal həkimə gedin.

Mavi və yaşıl

Dərmanlar və bəzi multivitaminlər sidik rənginin göy rəngə çalan olmasına gətirib çıxarar. Bu da bədəndə kalsium çoxluğu ilə bağlıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4028   Tarix: 31 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən ölümcül dəniz canlılarından birinə toxunan turist təhlükənin son anda fərqinə vardı - VİDEO

Filippində istirahət edən ingilis turist ölümcül dəniz canlısı ilə təhlükəli təmas yaşadı. Filippində tətil edən Böyük Britaniya vətəndaşı Endi Makkonnell dünyanın ən ölümcül dəniz canlılarından biri hesab edilən mavi halqalı ahtapotla fərqində olmadan təmas edib. xarici mediaya istinadən xəbər veri

18 dekabr
.

Tez-tez ayaqyalın gəzdikdə orqanizminizdə nələr baş verəcək?

Ayaqyalın gəzmək sağlamlığı möhkəmləndirməyin sadə, lakin effektiv üsullarından biridir. xarici KİV-ə istinadla bildirir ki, bu vərdiş qan dövranını yaxşılaşdırır, ayaqaltındakı sinir uclarını stimullaşdırır, stressi azaldır və bədənin təbii duruşunun bərpasına kömək edir. Ayaqyalın gəzməyin faydaları

19 dekabr
.

Qadınlar öləndə niyə daha dərinə basdırılır? - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir küçə müsahibəsində 20 illik qəbirqazanının qəbirlərin dərinliyi ilə bağlı səsləndirdiyi fikirlər qısa zamanda gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Türkiyədə gənc bir şəxs tərəfindən ünvanlanan "Qadınların qəbirləri kişilərə nisbətən daha dərin qazılırmı?"

17 dekabr
.

"TikTok" uzun müddətdir davam edən mübahisəyə son qoyur

"TikTok" sosial şəbəkəsi ABŞ bölməsinin satılması üzrə sazişi imzalayıb və bölmə artıq ABŞ investorlarının nəzarətində olacaq. Bu da tətbiqə ABŞ-də qadağan qoyulmasından yayınmağa imkan verəcək. -ın xəbərinə görə, bu barədə "Axios" nəşri şirkətin baş direktoru Şou Çunun daxili memorandumun

19 dekabr
.

Süni intellektlə evləndi - VİDEO

Yaponiyada 32 yaşlı bir qadın "ChatGPT" istifadə edərək yaratdığı süni intellekt partnyoru ilə evlənib. xarici mediaya istinadən xəbər verir ki, çağrı mərkəzinin işçisi Yurina Noquçi "Klaus" adını verdiyi süni intellekt personajı ilə emosional bir əlaqə qurduğunu və bu münasibəti

18 dekabr
.

Yeni il süfrəsinin "təhlükəli ərzaqları"

"Qarşıdan gələn yeni il süfrəsində yemək bolluğu mədə üçün zərərlidir". xəbər verir ki, bu barədə -ya rusiyalı həkim-diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev açıqlama verib. Onun sözlərinə görə, bayram süfrəsindəki "ən təhlükəli" məhsullar kolbasa, sosis və sardelkalardır

18 dekabr
.

Dövlət universitetinin açıq bufetinə baxın! Menyusu qədər qiymətləri də təəccübləndirir! - VIDEO

Dövlət universiteti olan İstanbul Medeniyet Universitetində təqdim olunan açıq bufet yemək xidməti diqqət çəkib. türk mediasına istinadən xəbər verir ki, menyuda yeməklərin çeşidinin çoxluğu ilə yanaşı, qiymətinin cəmi 50 TL olması maraq doğurub. İstanbul Medeniyet Universitetinin tələbələrinə göstərdiy

19 dekabr
.

Maşınınız yola görə zədələnibsə, kompensasiya ala bilərsiniz - Sürücülərin yaralı yeri

Yollarında çuxurların, dərin dəliklərin yaranması, asfalt örtüyünün çökməsi ilə bağlı şikayətlərin hər zaman var. Bu cür problemlər isə təkcə sürücülər üçün narahatlıq yaratmır, eyni zamanda avtomobillərə ciddi maddi ziyan vurur. Alt hissənin zədələnməsi, təkərin deşilməsi və digər texniki problemlə

19 dekabr
.

Bu müqavilə Burak Özçivitə 45 milyon qazandırdı

"Kuruluş Osman" serialından ayrılan Burak Özçivit bu dəfə yeni layihəsi və yüksək qazancı ilə diqqət çəkib. Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur aktyorun bir inşaat şirkəti ilə bağladığı reklam müqaviləsindən 45 milyon lirə qazandığı iddia olunur. Məlumata görə, sözügedən anlaşm

16 dekabr