Niderland millisinin yeni baş məqçisinin adı məlum oldu
Ronald Kuman Niderlandın futbol millisinin yeni baş məşqçisi olub. Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Argentinaya məğlub olan Lui van Qal komandadan getdiyini təsdiqləyib.
"Bu, üç dəfə baş məşqçisi olduğum Niderland yığmasında son oyunum idi. Bu müddət ərzində 20 matç idarə etdim və bir dəfə də olsun (əsas vaxtda) uduzmadıq. Neçə oyun qazandığımızı bilmirəm, amma siz "Google"da "Lui van Qal, Niderland milli komandası" yazaraq axtarış edib baxa və qol fərqini özünüz görə bilərsiniz", - deyə 71 yaşlı Qal deyib.
Niderlandlılar 14 matçda qalib gəlib, altı dəfə heç-heçə ediblər, top fərqi 51-17 olub. Komanda yalnız penaltilər seriyasında argentinalılara uduzub.
Van Qal hələ aprel ayında ona prostat xərçəngi diaqnozu qoyulduğunu elan etmişdi, lakin buna baxmayaraq, 2022-ci il dünya çempionatında komandanın baş məşqçisi kimi qaldı. Elə həmin vaxt Kumanla imzalan müqavilə 2026-cı ilə qədər qüvvədədir.
Kuman artıq 2018-2020-ci illərdə milli komandanı çalışdırıb. Onun son iş yeri keçən ilin oktyabrında qovulduğu "Barselona" klubu olub.
59 yaşlı Kuman məşqçilik karyerası ərzində Niderladın "Ayaks", "Feyenoord", "Vitess", "AZ Alkmaar" və PSV, Portuqaliyanın "Benfika", İngiltərənin "Everton" və "Sauthempton" və İspaniyanın "Valensiya" klublarında da çalışıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 891 Tarix: 10 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabr