"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlayacaq?
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Erik ten Haq portuqaliyalı hücumçu Kriştianu Ronaldunun mübahisəli müsahibəsindən sonra onunla danışa biləcəyi ilə bağlı sualı cavablandırıb.
Xatırladaq ki, noyabrda "Mançester Yunayted" tərəflərin qarşılıqlı razılığı ilə Ronaldu ilə müqaviləyə xitam verdiyini açıqlamışdı. Hücumçu daha əvvəl britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibəsində "Yunayted"in ona xəyanət etdiyini bildirib. Portuqaliyalı klubun rəhbərliyini və məşqçilər korpusunu tənqid edərək, Erik ten Haqa hörmət etmədiyini qeyd edib.
5
"Bəli, gələcəkdə onunla danışardım. Amma ona görə yox ki, ondan nəsə xahiş edəcək və ya ona xüsusi bir söz deyəcəyəm. Mən hər şeyi vicdanla, açıq və şəffaf şəkildə etmişəm. Oyuna baxışımla bağlı onunla söhbətlərimiz olub, buna görə də onunla yenidən danışmaqla bağlı problem yoxdur.
Ronaldunu bağışlaya bilərəmmi? Bu suala cavab vermək istəmirəm.
Mən onunla danışmağa hazıram, niyə də olmasın? Bəli, bəlkə də, ola bilər (hörmətsizlik edib). Amma mən buna əhəmiyyət vermirəm. Biz irəli gedirik. Mən buna enerji sərf etmək istəmirəm. Bu, keçmişdə qalıb", - baş məşqçi bildirib.
Portuqaliya millisinin Qətərdə keçirilən dünya çempionatında son oyununda Ronaldu ehtiyat oyunçular skamyasında qalıb. 37 yaşlı hücumçu İsveçrə ilə oyunda yalnız matçın 74-cü dəqiqəsində meydana çıxıb. Onu startda əvəzləyən Qonsalu Ramuş het-trik edib.
Ronaldu qrup mərhələsinin hər üç oyununda iştirak edib, amma heç birində tam oynamayıb. Bundan sonra portuqaliyalı oyun müddətindən və baş məşqçi Fernandu Santuşun seçimindən narazılığını bildirib. Bu mundialda Ronaldunun hesabında bir qol var (penaltidən)./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 888 Tarix: 10 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabr