Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib - Sərəncam
Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibinin təsdiqi və "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi"nin 5.3-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:
Abdullayev Kamal Mehdi oğlu
Əbdüləziz bin Osman əl-Tüveycri
Əliyeva Fərəh Şirməmməd qızı
Əliyeva Leyla İlham qızı
Əli-zadə Firəngiz Əli Ağa qızı
Həbibbəyli İsa Əkbər oğlu
Koiçiro Matsuura
Şarovski Aleksandr Yakovleviç
Vəlixanova Nailə Məmmədəli qızı
Zabelin Mixail Yuryeviç.
2. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 8 noyabr tarixli 657 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2313) 1-ci hissəsi ləğv edilsin.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO