Moskvada Heydər Əliyevin xatirəsi anılıb - FOTO
Moskvada Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, Liberal-Demokratik partiyasının sədri Leonid Slutski, "TASS" informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri, Heydər Əliyev Fondunun nümayəndəliyinin əməkdaşları, Azərbaycanlı Gənclər Təşkilatının fəalları, diaspor təşkilatlarının üzvləri və Moskvada Heydər Əliyevlə birgə işləmiş sabiq silahdaşları iştirak ediblər.
Foyedə Ulu Öndərin həyatından bəhs edən fotosərgi təşkil olunub, kitablar nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu qeyd etdib ki, Heydər Əliyev hələ sovet dövründə ölkəyə rəhbərlik etməyə başlayandan sonra öz prinsipiallığı, səriştəsi və dərin biliyi sayəsində qısa müddət ərzində Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikaları sıralarına çıxardıb.
P.Bülbüloğlu qonaqların diqqətinə çatdırıb ki, ümummilli lider 1993- cü ildə Azərbaycan xalqının dəvəti ilə Naxçıvandan Bakıya qayıdıb və vətəndaş müharibəsi, tamamilə dağılmaq ərəfəsində olan müstəqil Azərbaycana rəhbərlik etməyə başlayıb. Bu çətin vəziyyətdə o, böyük nüfuzu, bacarığı və təcrübəsi sayəsində çox qısa müddətdə respublikada stabilliyi bərpa edə bilib və ölkə beynəlxalq aləmdə öz layiqli yerini tutub.
"Bugünkü Azərbaycan ümummilli liderin əsəridir. Həm də o mənada ki, bu gün respublikaya uğurla rəhbərlik edən belə bir oğul böyütmüşdür", - səfir vurğulayıb.
Səfir xüsusilə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad edərək, Azərbaycana Qarabağı, Vətənimizin mirvarisi olan Şuşa şəhərini qaytararaq, Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının arzusunu reallaşdırıb, bununla da öz adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdib.
Tədbir çərçivəsində Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın "Zərifə və Heydər Əliyevlər. Əbədi sevgi" kitabının təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin Humanitar Proqramlar şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova çıxışında sözügedən kitabdan sitatlar gətirərək qonaqlara nəşrin müəllifi və onun ərsəyə gəlməsi tarixi barədə ətraflı məlumat verib.
Həmçinin qonaqlara ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib./Report



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO