"Ulu Öndərimizi dərin ehtiram hissi ilə anırıq" - DEPUTAT

"Ulu Öndərimizi dərin ehtiram hissi ilə anırıq" - DEPUTAT"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il keçir. Azərbaycan dövlətinin xilaskarı və qurucusu olan Ulu Öndəri böyük hörmət və rəhmət hissi ilə anırıq.
Azərbaycan tarixinin önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimayi həyatında misilsiz xidmətləri olmuşdur.
90-cı illərin əvvəli Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən ölkəmizin üzərində qara buludlar əsməyə başladı. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində ölkənin vətəndaş müharibəsinə sürüklənməsi Azərbaycanı uçuruma aparırdı. Ölkəmizin müstəqilliyi təhlükə altında idi".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, həmin dövrdə ölkəni bu ağır durumdan yalnız güclü dövlət idarəçiliyi təcrübəsinə malik, qətiyyətli və möhkəm iradəli şəxs çıxara bilərdi.
"Ulu Öndərimizi dərin ehtiram hissi ilə anırıq" - DEPUTAT"Artıq gözlər Naxçıvana yönəlmişdi. Hamı Azərbaycanın bu durumdan yalnız Ulu Öndər Heydər Əliyevin çıxaracağını düşünürdü. Beləliklə bütün riskləri göz önünə alaraq Heydər Əliyev xalqın çağırışını nəzərə aldı, hakimiyyət sükanına əyləşdi.
Heç şübhəsiz ki, əgər həmin dövrdə Ulu Öndər hakimiyyətə gəlməsə idi, bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etməyin özü belə çox çətindir. Qısa müddətdən sonra Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoydu.
Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir.
Xalqımızın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini Ümummilli lider Heydər Əliyev sayəsində almışdır.
1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi və cəsarətli bir bəyanat verdi.
Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Əksəriyyət yaxşı xatırlayır, yəqin ki, o dövrün çörək növbələrini. İnsanlar gündəlik qida tələbatlarını ödəməkdə ciddi əziyyət çəkirdilər. Həmin günləri unutmaq özü böyük nankorluq olardı. Azərbaycan bugünkü inkişafa həmin ağır durumdan, acı günlərdən keçərək gəlib çatıb.
Sonrakı mərhələdə Prezident İlham Əliyev bu siyasəti uğurla və böyük uzaqgörənliklə davam etdirdi. Azərbaycanı məğlub ölkədən qalib ölkəyə çevirdi. Bu siyasət nəticəsində bu gün Azərbaycan öz tarixinin ən şanlı, şərəfli və qürurlu günlərindən birini yaşayır.
Bu gün dünyada təxminən 3000-4000 arası xalq, 200-ə yaxın dövlət var. Biz xoşbəxtik ki, bizim müstəqil və güclü dövlətimiz var. Unutmamalıyıq ki, dünyada ciddi proseslər gedir. Hazırda üzərimizə düşən əlimizdəki əvəzsiz nemətlərin – müstəqilliyin, suverenliyin, istiqrarın və sabitliyin dəyərini bilməkdir. Hesab edirəm, burada ən çox məsuliyyət həm də gənclərindir. Gələcəyin idarəçiləri onlardır. Ölkəmizin gələcəyi onlardan çox asılıdır.
Bu gün hamımız Ulu Öndər Heydər Əliyevin amallarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Ulu Öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu Öndərin Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq.
Xalqımızın taleyində və müstəqil Azərbaycan Respublikasının tarixində silinməz izlər qoymuş Ulu Öndərimizi dərin ehtiram hissi ilə anırıq".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 908   Tarix: 12 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr