Göz əngəlli 5 yaşlı Murad görün nələr bacarır - Böyüklərə NÜMUNƏ - VİDEO
Bir çoxları əlilliyi nöqsan bilib, özləri kimi olmayanlara yuxarıdan aşağı baxırlar. Habuki əlillik qüsur deyil! Bir çox əlillər "normal" bildiyimiz insanlardan daha bacarıqlı, daha güclüdürlər. Onların dünya görüşü və daxili dünyası daha dərin ola bilər. Lakin daxili görmək üçün yan keçməmək, ən azından izləmək və dinləmək lazımdır. O zaman anlayacaqsınız ki, yaşamaq və yaratmaq üçün əlillik maneə ola bilməz.
Məsələn, dünya şohrətli avstraliyalı motivator, mesenat, yazıçı və müğənni Nikolas Ceyms Vuyçiç (Nicholas James Vujicic) nadir irsi xəstəliklə doğulub. Onun anadangəlmə aşağı və yuxarı ətrafları olmayıb. Vuyçiç bu çatışmazlıqla yaşamağı öyrənib və məhdud imkanlı uşaqlara, gənclərə kömək etməyə başlayıb. Onun həyat hekayəsi heyrət doğurur: bu, dünyaya hər iki əli və ayağı olmadan gələn, gənc, yaraşıqlı, həyatesevər bir kişinin həyat hekayəsidir. İndi o, uğur qazanıb və məşhurdur, gözəl bir qadınla evlidir və iki oğul atasıdır. Onun həyatı başqa insanlara kömək edə biləcəyini və kömək etməli olduğunu başa düşdüyü an dəyişib.
Lakin düşünməyin ki, elə insanlar sadəcə xaricdə ola bilər.
Güc və əzmkarlığın nümunəsini 5 yaşlı Murad Alıyevın timsalında da görmək olar.
Bir çoxlarımız heç bir problemimiz olmadığı halda yeni bir şeylər öyrənməyə, inkişaf etməyə can atmırıq, lakin bu uşaq həyatının 5-ci ilində göz əngəlli olsa da, böyüklərə nümunədir.
BİG.AZ oxuculara balaca Murad haqqında danışmaq istəyir.
26.06.2017 təvəllüdlü olan bu uşağın görmə əngəlli olduğunu ailəsi 5 ayında öyrənib. Hazırda Muradın 5 yaşı var və o, artıq ingilis dilini bilir, gitaraya həvəs göstərir, mahnı oxuyur və hətta öz dini inancının təməl biliklərinə sahibdir.
Anası Sevinc Alıyeva oğlunun özü kimi ağıllı və savadlı böyüməsi üçün əlindən gələni edir. Muradın adına açılan "İnstagram" səhifəsində "Görmə əngəlli olmaq dünyanın sonu deyil!", "Gözdən əlil olmaq əngəl deyil!" cümlələrini yazmaqla o, həm öz övladına, həm də başqalarına motivasiya olmağa çalışır.
Həqiqətən də, hər hansı fiziki qüsur insanın inkişafına əngəl ola bilməz!
Belə uşaqlarımızın həyatının digərlərinə örnək və motivasiya olması üçün onları tanımaq və tanıtmaq lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO