"Dahi şəxsiyyət, uzaqgörən lider kimi Heydər Əliyev öz həyatını doğma xalqına həsr edib" - İqbal Məmmədov
"Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmtləri var".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.
Deputat qeyd edib ki, Azərbaycan xalqının müdrik oğlu, dərin zəka sahibi Heydər Əliyev zəmanəmizin görkəmli şəxsiyyətlərindən biri idi:
"Dahi şəxsiyyət, uzaqgörən lider kimi Heydər Əliyev öz həyatını doğma xalqına həsr edib. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edən ulu öndər Heydər Əliyev düşünmədən öz həyatını təhlükəyə ataraq xalqın istəyi ilə ölkəyə qayıtdı və dövlətimizin müstəqilliyin bərqərar olmasını təmin etdi. Müstəqilliyin ilk illəri həqiqətən çox çətin idi. Heydər Əliyev bütün çətinliklərə baxmayaraq xalqın dəstəyi ilə Azərbaycanı inamla irəliyə apardı. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə sahələrin inkişafı üçün lazım olan addımları atdı. Ulu öndər hər zaman xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Dahi şəxsiyyət kimi yaddaşlardan həkk olunan Heydər Əliyev ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla o, özünün ümummilli lider obrazını bütün mərhələlərdə qoruyub".
Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev təkcə güclü dövlət başçısı deyil, həm də sözünün çəkisi olan, xalqı arxasınca aparmağı bacaran güclü siyasi xadim idi:
"Ulu Öndər işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına inanırdı. Məhz ona görə də güclü ordunun formalaşması istiqamətində lazım olan bütün addımları atdı. Ulu öndər bu sahədə başladığı uğurlu siyasət Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz buna görə də Azərbaycan öz hərbi gücü sayəsində torpaqlarımızı işğaldan azad edərək, bugünkü möhtəşəm zəfərə nail oldu. Bu gün ulu öndər Heydər Əliyevin həyata keçməyən bir sıra ideyalarını cənab prezident İlham Əliyev uğurla reallaşdırır. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında yeni zirvələrə doğru inkişafını davam etdirir. Azərbaycan xalqı var olduqca ümumilli liderin xatirəsi daim yaşadılacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO