Ekofəal: "Qarabağda monitorinq keçirilməsini və ədalətli ekoloji qiymətləndirmə tələb edirik"
"Qarabağda etiraz aksiyası keçirən azərbaycanlı ekoloji fəallar Qarabağda qanunsuz işlənən qızıl və mis-molibden mədənlərində ekoloji monitorinq üçün şərait yaradılmasını tələb edirlər".
Bunu "Report"un hadisə yerində olan əməkdaşına açıqlamasında "EkoSfera" Sosial-Ekoloji Mərkəzinin əməkdaşı Jalə İsmayılova deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlər, Azərbaycanın təbii sərvətlərinin mənimsənilməsi baş verir, üstəlik, işlər nəzarət olmadan, heç bir ekoloji qaydalara əməl edilmədən aparılır.
"Nəticədə ətraf mühitə böyük ziyan dəyir, çaylar və yeraltı sular ağır metallarla çirklənir. Uzun illər amansız istismara məruz qalan torpaqlarımızda, işğaldan azad edilmiş ərazilərimizdə vəziyyətə ədalətli qiymət verilməsini tələb edirik. Çünki torpaqlarımızda uzun illər ekosidlər törədilib: yanğınlar təşkil edilib, çaylar kimyəvi çirklənməyə məruz qalıb, sərvətlər qanunsuz istismar edilib. Dünya ekoloqlarına müraciət edirik: bu duruma biganə qalmayın", - ekoloq bildirib.
Etirazçıların hər şeyə rəğmən aksiyalarda iştirakını davam etdirəcəyini vurğulayan J.İsmayılova qeyd edib ki, artıq sülhməramlıların postunun yaxınlığında çadırlar qurublar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb