Bu da Lui de Fünesin özünə oxşamayan, çox yaraşıqlı oğlu - FOTO-VİDEO
"Fantomas" filmi ilə tanınan məşhur fransız aktyoru Lui De Fünesin çox yaraşıqlı oğlu olduğunu bilirdinizmi?
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, 1965-ci ildə "Fantomas coşub" filmində ilk dəfə ekranlara çıxan mavi gözlü gənc Olivye de Fünes qızların qəlbini fəth etməyi bacarıb.
Lakin atası ilə çəkildiyi həmin filmdən sonra Olivye cəmi 5 filmdə rol alaraq karyerasına son qoyub.
Aktyorluqdan öncə bu gənc sürətli avtomobil yarışlarının həvəskarı olub və məhz bu səbəbdən atası onun başını kino sənəti ilə qatmaq istəyib. Lakin 1973-cü ildə Olivye bu sahədən getmək qərarına gəlib və təyyarə pilotu sənətini seçib. O, 2010-cu ilədək "Air France" reyslərində peşəkar pilot kimi çalışıb, daha sonra isə təqaüdə çıxıb.
Buna baxmayaraq, Olivye atasının yaradıcılığına daim böyük hörmətlə yanaşıb və 2007-ci ildə qardaşı Patrik ilə birlikdə "Mənim haqqımda çox danışmayın, övladlarım!" kitabını yazıb.
Lui de Fünesin oğlunun şəxsi həyatı da uğurlu alınıb. Hazırda 73 yaşı olan Olivyenin xoşbəxt ailəsi var. O, üç uşaq atasıdır.
Xatırladaq ki, 1911-ci ildə fransız yazıçıları Marsel Allen və Pier Suvestr tərəfindən yaradılmış "Fantomas" ən məşhur fransız personajlarından biridir. "Fantomas" ilk dəfə 1913-cü ildə Lui Feyad tərəfindən çəkilmiş səssiz kriminal filmi olaraq ekrana çıxıb. Daha sonra, 1964-cü ildə Jan Mare və Lui de Fünesin iştirakı ilə kriminal komediya trilogiyası ekranlaşdırılıb.




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2614 Tarix: 13 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15 oktyabrUkrayna müdafiə ehtiyacları üçün daha 2,86 milyard avro alıb
Avropa Komissiyası (AK) Ukraynaya dəstək məqsədi daşıyan 90 milyard avroluq kreditin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayırıb. "Report" xəbər verir ki, bu barədə AK-nın mətbuat xidməti məlumat yayıb. AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, ayrılan vəsait Ukraynanın ə
14 oktyabrZelenski: Ukrayna Rusiyanın neft emalı zavodlarına tətilləri bərpa edir
Ukrayna üç günlük fasilədən sonra Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri bərpa edir. xəbər verir ki, Prezident Volodymyr Zelensky Financial Times qəzetinə verdiyi açıqlamada bildirib ki, "Embarqo qaldırılıb. Artıq kifayətdir". O bildirib ki, Kiyev ABŞ prezidenti Donald Trampın tələb
15 oktyabrAlmazın yeni "qohumu" kəşf edildi
Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini
15 oktyabrArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14 oktyabrAvropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb
Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlərin alınması üçün 2,86 milyard avro vəsait köçürüb. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsind
14 oktyabr