"Azərbaycan bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməlidir" - DEPUTAT

"Azərbaycan bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməlidir" - DEPUTAT"Rusiya sülhməramlılarının son davranışları onların qarşısına qoyulmuş vəzifələrə və postmünaqişə reallığının tələblərinə cavab vermir. Onların hələ də müvəqqəti nəzarətlərində olan Azərbaycan ərazilərindəki erməni silahlı bölmələrini tərkisilah etməməsi, yaxud ərazimizdən çıxarmaması, separatçıların müxtəlif təxribatçı tədbirlərinə şərait yaratmaları sülhməramlıların məramı ilə bağlı çox ciddi suallar yaradır. Açıq desək, Qarabağ iqtisadi rayonundakı rus hərbçilərin separatçılarla eyni mövqedən çıxış etməsi onlara olan etimad mühitini heçə endirib".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələrini Xankəndi-Xocalı istiqamətlərində ərazilərimizə buraxmamaqla sülhməramlılar Azərbaycan vətəndaşlarının konstitusiyanın 28-ci maddəsi ilə təsbit olunmuş hüquqlarına təcavüz etmiş olurlar.

"Azərbaycan bütün dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməlidir.Öz ölkəsində sərbəst hərəkət etmək hüququ olan vətəndaşlarımızın, o cümlədən jurnalistlərimizin qarşısına zirehli maşınlarla çıxan sülhməramlılar bir daha göstərdilər ki, artıq onların missiyası həm praktik olaraq, həm də mənəvi cəhətdən yararsızlaşıb. Bu vəziyyətdən sonra onların bölgədəki mövcudluğu bütövlükdə ümumi işin faydasına olacağı inandırıcı görünmür. Amma bir şey dəqiqdir ki, bundan sonrakı üç il ərzində sülhməramlılar bölgədə istər sülh yaratma missiyasında, istərsə də birgəyaşayış mühiti üçün hətta faydalı olmaq istəsələr belə uğursuzluğa məhkumdurlar. Yəni mövcud mühitdə sülhməramlılar bölgədə faktiki olaraq faydasız rudimentə çevrilib. Əlbəttə, biz Azərbaycan-Rusiya münasibətlərinin xarakterinə uyğun olaraq sülhməramlıların faydalı fəaliyyətini arzu edirdik, amma təəssüf ki, sülhməramlılar və bütövlükdə Rusiya Müdafiə Nazirliyi regionda qızıl ortanı tapa bilmədi, yaxud tapmaq istəmədi. Ələxsus da onlar bizə Vardanyanın gözü ilə baxmağa başladıqdan sonra vəziyyət xoşagəlməz məcraya yönəlməyə başladı. Nəticədə bizim Rusiya ilə münasibətlərimizi daha da yaxşılaşdırmağa, Ermənistanla isə sülh prosesini tezləşdirməyə töhfə verəcəyini ümid etdiyimiz sülhməramlı missiya, nəinki ümidləri doğrultmadı, əksinə vəziyyəti daha da mürəkkəbləşdirməyə başladı. Beləliklə də, indi belə bir zərurət meydana çıxmaqdadır ki, Bakı-Moskva münasibətlərinə xələl gətirmədən, sülhməramlıların qalan 3 ilə yaxın bir dövrdə Qarabağ iqtisadi regionunda fəaliyyətlərini davam etdirməsinə ehtiyac olub-olmaması məsələsinə bir daha baxaq. Əgər 10 noyabr bəyanatının şərtinə uyğun olaraq Ermənistanın ordu qalıqlarını ərazimizdən çıxarmayacaqsa, separatçıları leqallaşdırmağa yönəli fəaliyyətləri davam edəcəksə, təxribarlara alət olmaqda, separatizmə rəvac verməkdə israrlı olacaqsa sülhməramlıların həm Rusiyanın, həm də Azərbaycanın mənafeləri baxımdan bölgədə mövcudluğunun xeyridən çox zərəri ola bilər. Bütün bunların fonunda isə bir məqamı unutmamalıyıq ki, sülhməramlı amili yüksək səviyyəli Rusiya-Azərbaycan münasibətlərində həlledici meyar deyil və missiyanın fəaliyyətini davam etdirib-etdirməmək məsələsi Bakı-Moskva əlaqələrinin zədələməməlidir.
O ki qaldı separatçılara, onlar anlamalıdır ki, sülhməramlılara güvənməyə dəyməz, erməni vətəndaşlarımız Xankəndi, Xocavənd, Xocalı və Ağdərədə artıq Azərbaycanın hakimiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçilərini, Azərbaycan media mənsublarını görməyə alışsınlar. Əks halda onları bu vəziyyətə ərazidəki komando hissələrimiz alışdırmalı olacaq".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4214   Tarix: 15 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr