Ukraynadakı uşaqların taleyi necə olacaq?

Ukraynadakı uşaqların taleyi necə olacaq?Dünyada baş verən müharibələr həm iqtisadiyyata zərbə endirir, həm insanların həyatlarını məhv edir. Rusiyanın 2022-ci ilin fevral ayında
Ukraynaya hücumu "Covid-19" böhranından yeni çıxan dünyaya bərpa olmağa mane oldu. Bu müharibənin qlobal iqtisadiyyata vurduğu ziyan gözlə görünən tərəflərdəndir. Lakin sonrakı illərdə özünü göstərəcək fəsadlar da mövcuddur. Məsələn, Ukraynadan xeyli sayda insanların məcburi köçürülməsi və ya müharibənin yaratdığı dözülməz şərait ucbatından ölkəni tərk etməsi, günahsız uşaqların ailələrindən ayrı düşməsi və güclü psixi travmaya məruz qalması onlardan bəziləridir.

Statistik məumatlara baxsaq, görərik ki, Ukrayna şəhərlərinə raket və artilleriya hücumları nəticəsində on minlərlə dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. 220 minə yaxın insan evini itirib. Milyonlarla vətəndaş işğal edilmiş və ya müharibədən zərər çəkmiş əraziləri tərk etmək məcburiyyətində qalıb. 8 milyon insan məcburi köçkünə çevrilib, 6,5 milyon adam Ukraynanı qaçqın kimi tərk edib.

Ukrayna Prezidenti Volodimir Zelenski də çıxışlarının birində bildirib ki, Rusiya həm böyükləri, həm də uşaqları zorla ölkədən aparır.

Ukraynadakı uşaqların taleyi necə olacaq?Onun sözlərinə görə, bu, Rusiyanın ən ağır hərbi cinayətlərindən biridir.

Rusiya ümumilikdə 200 mindən çox ukraynalı uşağı qaçırıb, onlar valideynlərindən ayrılıb və müharibə başlayandan bəri uşaq evlərində saxlanılıb.

Bəs burada məqsəd nədir?

Məqsəd Ukraynanı unutdurmaqdır, Ukrayna millətini məhv etməkdir. Uşaqların məcburi deportasiyası bir milləti yer üzndən silmək cəhdidir, bir növ soyqırımıdır.

Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Sergey Dvornik də dəfələrlə danışıb.

"Rusiyaya zorla deportasiya edilmiş 1,4 milyon Ukrayna vətəndaşı arasında ən azı 230 min ukraynalı uşağın oğurlanması, müstəmləkəçiliyin müasir təzahürü olan, Ukrayna millətini gənc nəsillərindən məhrum etməklə məhvə yönəlmiş cinayətdir", - deyə o vurğulayıb.

Ukraynalı uşaqların Rusiyaya köçürülməsi barədə iyul ayında Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun özü də danışıb. Belə ki, işğal altındakı Donetskdə uşaq evində yaşayan 9 doğma bacı-qardaşı məcburi şəkildə Kursk və Rostova deportasiya ediblər, daha sonra isə yerli ailələrin himayəsinə veriblər. Qubernator bunu xeyirxah əməl kimi qələmə versə də, Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Dmitri Lubinets hesab edir ki, bunu etməklə Rusiya mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının normalarını, beynəlxalq hüququ pozur və bu, Rusiya Federasiyasının Ukrayna xalqına qarşı soyqırım törətməsinin bariz nümunəsidir, çünki bir millətdən olan qrupun məcburi köçkünləşməsi soyqırımın birbaşa tərifidir,

"Rusiya əvvəlcə uşaqların valideynlərini və ailə üzvlərini mərmi ilə qətlə yetirərək, onları yetim qoyur, ailələrini deportasiya etməklə ayırır, şəhər və kəndlərdə məktəb və infrastrukturu məhv edərək uşaqları Vətənlərində oxuyub böyümək hüququndan məhrum edir, sonra da "xeyirxahlıqla" onları yad ölkədəki insanların qucağına atır", - deyə Lubinets vurğulayıb.

Sosial şəbəkələrdə bunları təsdiqləyən paylaşımlar az deyil.

Ukraynadakı uşaqların taleyi necə olacaq?Uşaqların fiziki və cinsi istismarına, müharibədən əziyyət çəkməsinə qarşı mübarizə aparan beynəlxalq təşkilatların əldə etdiyi məlumatlara görə, işğal edilmiş ərazilərdə yaşayan ukraynalı mülki şəxslər xüsusi hazırlanmış qatarlarda Rusiya Federasiyasının dərinliyinə və ucqar vilayətlərinə, ölkə daxilində təxminən 9000 kilometr uzağa daşınırlar.

Onlar əvvəlcə əsirlər kimi, yük maşınları ilə Ukrayna ilə həmsərhəd olan Rusiya ərazilərinə, daha sonra dəmir yolu ilə Taqanroqdan Xabarovska aparılırlar. Taqanroqda onlar əvvəl tranzit düşərgələrə, daha sonra ukraynalılar üçün hazırlanmış xüsusi düşərgələrə yerləşdirilirlər. Burada böyüklər və uşaqlar bir-birindən ayrılırlar. Bir sözlə, ukraynalı ailələr müəyyən mərhələdən sonra parçalanır, uşaqlar valideynlərindən ayrılır. Bu tədbirlər beynəlxlaq humanitar hüququn bütün prinsiplərinə ziddir.

Adətən Rusiya yetim və sahibsiz uşaqları götürür, lakin Mariupol sərhədində dəfələrlə uşaqları valideyndən ayıraraq naməlum istiqamətdə apardıqları qeydə alınıb. Həmin uşaqlar da Rusiya ərazisində və ya işğal olunmuş torpaqlarda internatlara, düşərgələrə yerləşdirilir, rus ailələrinə himayəyə, övladlığa verilirlər.

Ukraynalı uşaqlar hansı şəraitdə saxlanılır?

Rusiya Federasiyasındakı həbs düşərgələrində yaşayış şəraiti müxtəlif səviyyəlidir. Övladlığa verilmək üçün seçilmiş uşaqlar nisbətən daha yaxşı şəraitdə saxlanılır, lakin çox vaxt deportasiya olunmuş uşaqlar faciəvi şəraitdə qalır. Buradakı rütubət və kif, təmizləyici vasitələrin, təmiz suyun, qida təminatının olmaması, digər tərəfdən də məkanın soyuqluğu çoxsaylı xəstəlik və infeksiyaların yayılmasına səbəb olur. Zorlanma və cinsi istismar nəticəsində isə QİÇS-lə sonlanan insanın immunçatışmazlığı virusu (İİV) onlar arasında geniş yayılır.

Həmin uşaqların təyinat nöqtəsində dəri-zöhrəvi xəstəliklərin yayılması təhlükəsinə görə müayinə olunması onların ruslar tərəfindən övladlığa götürülməsi prosesi ilə bağlı olsa da, əsl həqiqət həmin vaxt ortaya çıxır. Belə ki, tibbi analizlər zamanı dəri-zöhrəvi xəstəliklər və ya İİV aşkarlananlar "Nevirapin" dərmanından geniş istifadə olunmaqla müalicə olunurlar. Rusiyanın ayrı-ayrı bölgələrində yerləşən həmin uşaq əsir düşərgələrindən tələb edilən "Nevirapin" dərmanını ümumi miqdarı indiyə kimi baş tutmuş onlarla köçürmənin hər birində yüzlərlə uşağın zorlandığını göstərir.

Qərb humanitar təşkilatları Rusiyada bu cür halların olduğu barədə hadisələri daxildən müşahidə edən bir şəxsdən anonim şəkildə alıblar. Həmin şəxs böyük həyati təhlükə olduğundan anonimliyini tam saxlamaq istəyir.

Ukraynadakı aktivist və feminist qruplarının da bu deportasiyalardan xəbəri var. 2014-cü ildən Ukraynanın Lvov vilayətində fəaliyyət göstərən feminist təşkilatlarından biri olan "Feminist Atelyesi" (Feminist Workshop) təşkilatı müsahibələrin birində bu hadisələrlə İkinci Dünya Müharibəsi zamanı baş verən hadisələri, Rusiyada yaradılmış bu həbs düşərgələri ilə Nasistlər tərəfindən yaradılmış konslagerləri müqayisə edib və Rusiyadakı bu düşərgələri 21-ci əsrin konslagerləri adlandırıb. Eyni zamanda, Rusiyanın Ukrayna işğalı ilə İkinci Dünya müharibəsi arasında və ruslar tərəfindən istifadə olunan "Z" simvolu ilə Nasistlərin svastikası arasında böyük oxşarlıq olduğu faktına diqqət çəkib.

Onların iştirakı ilə keçirilən müsahibəni aşağıdakı videodan izləyə bilərsiniz:

Beynəlxalq feminist dairələri də məsələ ilə maraqlanır. Buna misal olaraq, ABŞ vətəndaşı Cun Ketrin Miniksi (June Kathryn Minix - "Facebook" səhifəsinə keçid: https://www.facebook.com/BM1MinixsGirl) və onun "Ukrayna üçün Qadınlar" ("Women For Ukraine") təşkilatını (təşkilatın "Facebook" səhifəsinə keçid: https://www.facebook.com/womenforukr) göstərmək olar.

Ukraynadakı uşaqların taleyi necə olacaq?Cun Ketrin beynəlxalq forumlarda yuxarıda qeyd olunan mövzuları qaldırır və Ukraynada zorakılığa məruz qalan qadın və uşaqların taleyilə maraqlanan digər beynəlxalq təşkilatları məsələyə cəlb etməyə çalışır.

C.K.Miniks tərəfindən idarə olunan "Ukrayna üçün Qadınlar" təşkilatı uzun müddətdir ki, ukraynalılara kömək etmək üçün vəsait toplayır, lakin ən əsası Ukraynada Rusiya müharibəsi zamanı qadın və uşaq hüquqlarının pozulması ilə bağlı qəliz mövzulara toxunur.

O, hazırda Ukraynadan deportasiya edilmiş uşaqların cinsi istismarına, düşərgələrdə həbs olunmasına və məcburi olaraq rus ailələrinə övladlığa verilməsinə qarşı kampaniyalar aparır.

Rusiyanın törətdiyi müharibə cinayətini dünyaya çatdırmaq və baş verənlər etiraz bildirmək üçün sosial şəbəkələrdə #UAChildrenCamps həşteqi ilə paylaşımlar edilir.

Bütün deyilənləri nəzərə alaraq, azyaşlıların zorla köçürmə prosesinə, cinsi istismara məruz qalmasına qarşı beynəlxalq təşkilatlar həyəcan təbili çalır. Bir millətin taleyinə biganə yanaşmaq bütün dünyanın gələcəyinə etinasızıq etməkdir.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1564   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göydən pul yağdı - insanlar onu tutmaq üçün yarışa girdi - VİDEO

ABŞ-nin Detroyt şəhərində qeyri-adi bir vida mərasimi keçirilib. 58 yaşında vəfat edən və yerli sakinlər tərəfindən səxavəti ilə tanınan Darrell Tomasın xatirəsinə keçirilən bu tədbir, helikopterdən pul səpilməsi ilə yadda qalıb. Pul yağışı zamanı çəkilən videolarda insanların göydən yağan yüzlərlə dollar

1 iyul 2025
.

ALİANS "Metro Park Bakikhanov" Yaşayış kompleksini Təqdim edir

Alians Development inşaat sektorundə bir neçə uğurlu iri layihələrə imza atan bir şirkət olaraq, artıq yerli və xarici tikinti sektorunda özünü dəfələrlə sübut etmişdir. Keyfiyyət, etibarlılıq və müştəri məmnunluğu prinsiplərini deviz olaraq, Bakı şəhərində analoqu olmayan qeyri-adi memarlıq üslübund

27 yanvar 2025
.

Bu ölkədə hökümət "Telegram"ı qadağan etdi

Nepal hökuməti onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı artan narahatlıqlar fonunda məşhur mesajlaşma tətbiqi "Telegram"ın dərhal bloklanması barədə qərar verib. xəbər verir ki, qadağa cümə günü Nepal Telekommunikasiya İdarəsi (NTA) tərəfindən elan olunub və bu, ölkənin rəqəmsa

19 iyul 2025
.

Çilidə dağın zirvəsində "sirli üz" peyda olub

Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi

5 avqust 2025
.

Estetik cərrahların sertifikasiyası ləğv olunub: Yenidən fəaliyyət göstərirlər?

Azərbaycanda bir neçə estetik cərrahın sertifikasiyasının ləğv edilməsi ilə bağlı məsələ ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Məlumata görə, bəzi həkimlərin sertifikasiya şəhadətnamələri ləğv olunub, digərlərinin isə sertifikasiya müddəti başa çatıb. Hazırda bu istiqamətdə araşdırmala

8 aprel 2025
.

Balaəli yeni doğulan OĞLU İLƏ - VİDEO

Meyxanaçı Balaəli Maştağalı yeni dünyaya gələn oğul övladı ilə bağlı maraqlı açıqlamalar verib. xəbər verir ki, o, uzun müddətdir oğul övladı arzuladığını bildirib. Bunun səbəbini isə özü belə izah edib: uşaqlıqda futbolçu olmaq istədiyini, Tofiq Bəhramov adına stadionda 16-17 yaşına qədər futbol oynadığın

26 dekabr 2025
.

"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır" - DEPUTAT

"2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasınd

12 iyun 2025
.

Qəbələ Dəmiryolu Vağzalından şikayət… sərnişinləri buraxmadılar

Qəbələ Dəmiryolu Vağzalının gözləmə zalına sərnişinlərin girişinə icazə verilmir. xəbər verir ki, bu barədə sərnişin Həsən Hüseynzadə məlumat paylaşıb. O bildirib ki, heç bir sərnişin gözləmə zalına buraxılmır:. "Şikayətim Qəbələ Dəmiryolu Vağzalındandır. Qatarı gözləmək üçün istədim daxil ola

1 aprel 2025
.

Milli Məclisin plenar iclası başlayıb, Baş nazir hesabat verəcək

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb. " xəbər verir ki, xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələ - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat yer alıb. Hesabatı Baş nazir Əli Əsədovun təqdim etməs

13 mart