Nigeriyada silahlı hücumlar nəticəsində 3 mülki şəxs ölüb
Nigeriyanın Kaduna əyalətində silahlı hücumlar nəticəsində 3 dinc sakin ölüb.
Sonxeber.az xəbər verir ki, Kaduna Gənclik Koalisiyasının sədri Bawa Emmanuel verdiyi açıqlamada, naməlum silahlı şəxslərin Kaduna əyalətinin Kaura rayonunda iki qonşu kəndə hücumu nəticəsində 3 mülki vətəndaşı öldürdüyünü bildirib.
Rəsmilər bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini və hadisə ilə bağlı araşdırma başladıldığını bildirib.
Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Samuel Aruvan verdiyi yazılı açıqlamada ordunun Kaduna əyalətinin Birnin Qvari, İqabi və Çikun rayonlarında silahlı dəstə üzvlərinə qarşı əməliyyat keçirdiyini bildirib.
Aruvan qeyd edib ki, əməliyyatlar zamanı silahlı dəstə üzvləri tərəfindən girov götürülən 5 nəfər xilas edilib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram və ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib.
Ötən il Kaduna əyalətində silahlı şəxslərin həyata keçirdiyi hücumlarda 937 nəfər həyatını itirib, 1972 nəfər isə qaçırılıb.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 917 Tarix: 14 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən qədim piramidasını insanlar tikməyib: Alimlər nəyi kəşf etdi?
İndoneziyada, Qərbi Yava bölgəsində yerləşən müqəddəs Qununq Padanq dağı bir neçə ildir ki, elm dünyasında müzakirələrə səbəb olur. Bəzi tədqiqatçılar onun içində Misir piramidalarından daha qədim bir quruluşun gizləndiyini irəli sürüblər. Qaynarinfo "Dailygalaxy" nəşrinə istinadən xəbər veri
12 iyunƏrdoğan Türkiyənin YENİ HƏDƏFİNİ AÇIQLADI
"Türkiyəni süni intellekt texnologiyaları üzrə qabaqcıl dövlətlər sırasına çıxaracaq yeni fəaliyyət planının indidən uğurlu olmasını diləyirəm". "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı qeyd edib ki, sün
13 iyunZabaykalyedə düşərgədə yanğına görə 70-dən çox insan təxliyə edilib
Zabaykalyedə Araxley gölündəki "Çempion" uşaq sağlamlıq düşərgəsinin ərazisində baş verən yanğınla əlaqədar insanlar təxliyə olunub. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) diyar üzrə Baş İdarəsinin mətbuat xidmət
13 iyunTəşviş pozuntusu sadəcə əlamət deyil: Problemin əsl səbəbləri
Təşviş pozuntusu psixoloqlara müraciət etmək üçün ən çox yayılan səbəblərdən biri olaraq qalsa da, bir çoxları hələ də bununla təkbaşına mübarizə aparmağa çalışır. Bəs nəfəs məşqləri niyə bu problemi kökündən həll etmir?. xəbər verir ki, bu barədə -ya psixoloq Natalya Danilova məlumat verib. O bildiri
13 iyun