Kəlbəcərdə minaya düşən mülki şəxslərin və hərbçilərin adları məlum olub - SİYAHI
Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə zamanı mülki şəxslər - Qusar rayon sakinləri - 1969-cu il təvəllüdlü Pənahov Rodik Şəmsəddin oğlu, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu, 1970-ci il təvəllüdlü Balakişiyev Tofiq Hacımirzə oğlu və Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü Allahverdiyev Siyasət Ziyadxan oğlu yaralanıb.
Qəlpə yarası alan həmin şəxslər xəstəxanaya yerləşdirilib, müalicələri davam etdirilir. Həkimlər onların vəziyyətlərini orta-ağır kimi qiymətləndirir.
Mina partlayışında xəsarət alan mülki şəxslər ərazidə telekommunikasiya işlərinlə məşğul olurlarmış.
Hadisə zamanı Azərbaycan Ordusunun üç hərbçisi yaralanıb. Bunlar Biləsuvar rayon sakini, 2004-cü il təvəllüdlü İbişli Qabil Ədalət oğlu, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Axundov Rıza Yüsif oğlu və Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Şirinov Murad İsa oğludur. Hərbi qulluqçular hospitala yerləşdiriliblər.
Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb.
Təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə nəticəsində Azərbaycan Ordusunun giziri, 1984-cü il təvəllüdlü Hümbətov Zöhrab Məmməd oğlu şəhid olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1416 Tarix: 15 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAzərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr