"Şuşa-Xankəndi yolunda keçirilən aksiya Ermənistanın mina terrorunu dayandırılmasına da xidmət edəcək" - DEPUTAT

"Şuşa-Xankəndi yolunda keçirilən aksiya Ermənistanın mina terrorunu dayandırılmasına da xidmət edəcək" - DEPUTAT"Şuşa-Xankəndi yolunda ekofəallar, vətəndaş cəmiyyəti üzvlərinin və jurnalistlərin iştirakı ilə Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə başlanan aksiya 4 gündür davam edir"

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Müzəffər Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Qarabağ artıq öz sahibinə geri qaytarılıb. 2020-ci ilin 10 noyabrda imzalan üçtərəfli bəyanata uyğun olaraq Rusiya sülhməramlıların üzərinə Qarabağdakı Ermənistan ordusunun tör-töküntülərinin təmizlənməsi qoyuldu. İki il keçməsinə baxmayaraq Rusiya sülhməramlıları üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Əksinə ermənilərlə əlbir olub, təbii sərvətlərlərimizi talan edir, ekologiyamıza çox ciddi zərərlər toxudurlar. Bunun üçün də Azərbaycan dünya tərəfindən tanınan ərazisinə tam nəzarət etməli, terrorun və talanın davam etdiyi yer qalmamalıdır. Bunun üçün də hazırda ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanlarının nəzarət etməsi vacibdir".

Deputat vurğulayıb ki, hər kəsə bəllidir ki, işğal dövründə Laçın yolu Ermənistanın Azərbaycan xalqına qarşı öz terror siyasətini həyata keçirmək üçün istifadə olunub:

"Ermənistan hakimiyyəti və Qarabağdakı ermənilər öz cinayətkar əməllərini davam etdirdiklərinə görə, vəziyyət belə qala bilməz. Təəssüf ki, bu gün də Qarabağda erməni terrorçuları qalmaqdadır. Onlar Rusiya sülhməramlıların onlara yaratdıqları şəraitində istifadə edərək müxtəlif təxribatlara əl atırlar. Əsasən də yeni minalar basdıraraq mülki və hərbiçilərimizə qarşı təxribatlar törətməyə çalışırlar. Dünən bilirsiniz 4 mülki, 4 hərbçimiz Kəlbəcərdə minaya düşdü. Nəticədə bir hərbi qulluqçumuz şəhid oldu. Məhz buna görə də Aksiya iştirakçıları mina terroruna son qoymaq, Ermənistan ərazisindən Azərbaycana silah-sursat, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər.

Deputat vurğulayıb ki, post-müharibə dövründə aşkar olunan minaların istehsal tarixlərinin 2021-2022-ci illərə aid olması göstərir ki, bu yoldan məhz minalar və digər hərbi sursatlar, yüklər danışıb:

"Aksiya həm də Ermənistanın mina terrorunu dayandırılmasına xidmət edəcək. Aksiya iştirakçıları Ermənistanın müharibə cinayətləri üçün istifadə etdiyi infrastrukturun, o cümlədən Laçın yolunun fəaliyyətinə imkan verməyəcək və məsələ müsbət həllini tapana kimi yoldan çəkilməyəcəklər. Rusiya sülhməramlıları yol verdikləri qanun pozuntuları ilə bizim səbrimizi daşırıblar. Buna görə də aksiya iştirakçıları tələb edir ki, Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin, onların ayrıca nəzarət-buraxılış məntəqələri yaradılsın. Ümumiyyətlə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənitanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca postları olmalıdır".

Deputat söyləyib ki, bu gün digər vacib məsələ Araik Arutunyan və Ruben Vardanyan Qarabağda yeni diktatura yaratmaq və yerli əhalini öz əsarətləri altında saxlamaq planını gerçəkləşdirmək istəkləridir:

"Təbii ki, Azərbaycan ictimaiyyəti Arutunyan-Vardanyan cütlüyünün diktatura planlarına imkan verməyəcək. Qaldı ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan dövləti dəfələrlə dinc erməni əhalisinin ehtiyaclarını ödəməyə, kommunikasiyasını təmin etməyə hazır olduğunu bəyan edib.Keçirilən aksiya da erməni terrorçularının və Rusiya sülhməramlılarının qanunsuz əməllərinə qarşı yönəlib. Aksiya zamanı da dinc erməni əhalisinin keçidinə şərait yaradılır. Bu gün artıq aksiyanın 4-cü günüdür. İstəklərimiz icra olunana qədər soydaşlarımız dinc aksiyaya davam edəcəklərini qeyd edirlər".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1425   Tarix: 15 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr