"Azərbaycanda islahatların yeni mərhələsi başlayıb" - DEPUTAT

"Azərbaycanda islahatların yeni mərhələsi başlayıb" - DEPUTAT"Bu ilin dekabrın 10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında müvafiq qərardan sonra yerlərdə icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin azalması, bu strukturun bütövlükdə ləğvinə dair müxtəlif proqnozlar, versiyalar gündəmə gəlməkdədir. Çoxsaylı sualları nəzərə alaraq, bu istiqamətdə bəzi hüquqi qeydləri diqqətinizə çatdırmaq istərdim.
2018-ci il Prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başlamışdır. Hazırda da davam edən bu islahatlar kadr, struktur və idarəçilik modelinə yeni baxışı ehtiva etməklə hakimiyyətin bütün qollarını əhatələməkdədir. Bilirsiniz ki, islahatların tərkib hissəsi kimi, Prezidentin xüsusi nümayəndəliyi institutu formalaşdırılmış, cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu struktur özünü doğrultmuşdur. Əgər nümayəndəlik institutu təcrübədə səmərəli və çevik struktur kimi özünü göstərə bilirsə, demək ki, gələcəkdə digər ərazilərimizdə də bu idarəçilik formasına müraciət oluna bilər. Bildiyimiz kimi, Konstitusiyanın 109-cu maddəsinin 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaratmaq Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətinə aid məsələdir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
"Azərbaycanda islahatların yeni mərhələsi başlayıb" - DEPUTATO bildirib ki, bütövlükdə yerli icra orqanlarının nümayəndəlik institutu ilə əvəzlənməsinə gəlincə, bu istiqamətdə ehtimallar üzərində danışmaq doğru olmaz.

"Yerli icra orqanları Konstitusiya ilə təsbit edilmiş institutdur. Bu institutun bütövlükdə idarəçilik sistemindən çıxarılması yalnız konstitusion dəyişikliklərlə mümkündür. Ana Qanunumuzun 152-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. O ki qaldı hazırda yerlərdə icra hakimiyyəti orqanlarının səlahiyyətinin azaldılması məsələsinə, Konstitusiyanın 124-cü maddəsi ilə yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Yəni, yerlərdə icra hakimiyyətinin səlahiyyətinin azaldılmasında fövqəladə bir məqam yoxdur, səlahiyyətlər itmir, sadəcə yaradılan regional orqanlara verilir.
Biz bütövlükdə bu məsələlərə praqmatik yanaşmalı, prosesləri süni formada şişirtməməliyik, anlamalıyıq ki, hüquq münasibətləri inkişaf etdikcə tənzimləmə də bu dəyişikliklərə uyğun şəkildə gedir, o cümlədən də, struktur yeniləmələr aparılır və bundan sonra da aparılacaq".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1543   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr