Laçın-Şuşa-Xankəndi yolunda etiraz aksiyaları dəstəklənir

Laçın-Şuşa-Xankəndi yolunda etiraz aksiyaları dəstəklənirAzərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları kontingentinin (RSK) məsul olduqları ərazilərimizdəki ermənilər Volkov-Vardanyan tandeminin aşkar girovlarına çevriliblər. O da əbəs deyil ki, artıq bir neçə gündür, Şuşadan Xankəndiyə aparan Laçın yolu üzərində Qarabağ cinayətkar-separatçı rejiminin ekologiyamıza vurduğu hədsiz, dəhşətli zərər və ziyanların aradan qaldırılması istiqamətində kütləvi etirazlar davam edir.
Həmin aksiyada iştirak edən şəxs olaraq həm də belə nəticəyə gəlirəm ki, bu tələblərin daxilində yalnız Qarabağdakı ekologiyamıza qarşı davam edən terror münasibəti dayanmır, eyni zamanda, faydalı qazıntılarımızın, qızıl və s. yataqlarımızın qanunsuz istismarına qarşı etirazlar da dayanır. Üstəlik, həm də üçtərəfli bəyanatda yer alan digər həll edilməmiş məlum məsələlər də məhz buraya aiddir. Daha dəqiq desək, bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir və həmin məsələlərin dərhal həll edilməsi artıq geriyə atılmayacaq tələblərə söykənir.
Maraqlıdır ki, Azərbaycan xalqının, vətəndaş cəmiyyətinin haqlı etirazları müqabilində yaranmış situasiyanı həll etmək yerinə qarşı tərəflər, xüsusilə Ermənistan hakimiyyəti və ona bağlı Qarabağ separatçı-cinayətkar rejimi, eləcə də general Volkovun timsalındakı havadarlar və Qərbin ermənipərəst dairələri cəhd edirlər ki, Bakı məhz Vardanyan kimi cinayətkar fərdlə hər hansı müzakirələrə getsin. Təbii ki, bu, ümumiyyətlə, mümkün olmayan bir məsələdir.
Bu gün Şuşada-Xankəndi üzərindəki Laçın yolu istiqamətində ekoterrora son qoyulması məqsədi ilə toplaşmış yüzlərlə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin, ekoloqlarının, fəal insanlarımızın Vardanyana olan cavabı belədir - əslində, sənin bu kimi fikirlər bildirməyə nə hüququn, nə də ixtiyarın var. Yolu isə əsla Azərbaycan tərəfi bağlamayıb. Əks halda RSK-ya məxsus humanitar yüklərin Xankəndiyə buraxılmasına şərait yaradılmazdı.
Bu mənada, Ruben Vardanyan oynadığı oyunun uzun müddət davam etməyəcəyini ya anlamır, ya da hər şeyi çox gözəl anlayır. Sadəcə, heç nə əldə etməyəcəyini, əksinə, hər şeyini itirəcəyi oyunun nəticələrini bilə-bilə davam edir. Vardanyan onu da yaxşı bilir ki, oyunu uduzarsa, yaxud oyundan kənara çəkilərsə Kreml onu əfv etməyəcək. Yəni hər iki halda bu belədir. Bakı isə öz mövqeyini ən yüksək, qətiyyətli səviyyədə bəyan edib - heç bir separatçı, terrorçu və quldur ilə danışıqlar aparılmayacaq. Və ən maraqlısı budur ki, Kremldə planı cızılmış Vardanyan oyununun iflasa məruz qalacağı halda alternativ plan hazırlanmayıb. Beləliklə, ekoloqlarımız bu planı yerli-dibli dəfn etdi!
Keçək digər məsələyə. Yuxarıda da qeyd edildiyi kimi, Laçın-Şuşa-Xankəndi yolundakı vətəndaş cəmiyyətinin aksiyaları davam edir, ancaq hər kəsə aydındır ki, gec, ya da tez bu aksiya başa çatacaq. Ona görə də situasiyanı gecə-gündüz izləyən hər kəsi bir sual maraqlandırır: bəs bu aksiya nə ilə başa çatacaq? Çünki o da məlumdur ki, nəticə olmadan kimsə heç yerə getməyəcək və əksinə, aksiya iştirakçılarının da sayı axın-axın artacaq. Necə deyərlər, geriyə yol yoxdur.
Fransa XİN-nə gəldikdə isə, onların ümumiyyətlə, nə isə danışmağa, deməyə ixtiyarları yoxdur. Fransanın Azərbaycana olan münasibəti məhz Makronun simasızlığında, riyakarlığında bütün mənalardan özünü sübuta yetirib. Əslində, Azərbaycan Fransadan tələb edir ki, burnunu ölkəmizin daxili işlərinə salmasın və qeyd-şərtsiz (!!!-R.R.) olaraq çəkilib kənarda dayansın, nəyə görə belə vəziyyətə düşdüyünü özü üçün araşdırsın! Lakin daha bir faktor...
Noyabrın 14-də düz 8 nəfər azərbaycanlı Kəlbəcər rayonunun Çıraq kəndində piyadalar əleyhinə minalara düşdülər. Əvvəlcə minaya təmir-tikinti şirkətinin dörd əməkdaşı düşdülər, ardınca isə hadisə yerinə gedən daha dörd hərbi qulluqçumuz.
Nəticədə, bir vətəndaşımız həlak olub, qalanları isə müxtəlif dərəcəli xəsarətlər almaqla yaralanıblar. Bu fakt da sübut edir ki, erməni silahlı qüvvələrinin azərbaycanlılara qarşı terror siyasətləri davam edir. Və hazırkı dövrə qədər, yəni 1991-ci ildən 2021-ci ilə qədər mina qurbanlarına çevrilmiş azərbaycanlıların sayı 3355 nəfərdir! Ona görə də "yükdaşınma prosesinin qeyd-şərtsiz(???!!!) bərpa olunmasını" tələb edən Fransa XİN-i, yaxud "Laçın dəhlizinin blokadaya alınması ağır humanitar nəticələrə gətirib-çıxarıb", deyə bəyan edən ABŞ-ın Dövlət Departamenti yenidən dərindən düşünməklə, əslində, nə demək istədiklərini daha müfəssəl, aydın izah etsinlər, nala-mıxa döyəcləməsinlər!
Yaxud, necə olur ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old 8 nəfər azərbaycanlı vətəndaşın minalara düşmələrinə görə narahat olduğunu və kədərləndiyini bildirir, fransalı, amerikalı başbilənlər isə tamamilə başqa istiqamətdən bəyanatlar yayırlar?
Cənab Ferqus Ol isə aparıcı ölkələr arasındakı səfirlərdən yeganə şəxsdir ki, səmimiyyət və ən əsası, əsl İNSANLIQ nümayiş etdirdi. Amma bizə "ağıl" qoymağa çalışan, "tələblər" irəli sürməyə cəhd edən ABŞ, Fransa kimi ölkələrin səfirləri isə ağızlarına su alıb susdular. Nədənsə heç Aİ-nin də səfirinin cınqırı çıxmadı...
Eyni hadisə ermənilərin başlarına gəlsəydi sizli-bizli indi elə hay-küylərin şahidlərinə çevriləcəkdik ki, gəl-görəsən! Bütün bunlardan sonra Laçın yolunda toplaşan və sülh, əmin-amanlıq istəyən Azərbaycan vətəndaşlarını az qala "terrorçu" kimi təqdim etməyə çalışan məlum dairələr yaxşı olardı ki, məhz Azərbaycanın ərazilərində -Xankəndidə və ətrafında baş alıb gedən özbaşınalıqları, cinayətkarlıqları, xüsusilə ekoterrorizmi araşdırıb bəlkə də ömürlərində bircə dəfə doğru-dürüst nəticəyə gəlsinlər. Yox, bunu etmirlərsə, ya da etmək istəmirlərsə bu zaman bir zəhmət – çəkilib bir kənarda dayansınlar və ayağımıza dolaşmasınlar, əks halda möhkəm əzilərlər!

Rövşən RƏSULOV - jurnalist


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 966   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr