"Ermənistan hakimiyyəti bütün bədnam əməllərindən əl çəkməlidir" - DEPUTAT
"Bu gün azərbaycanlı eko aktivistlərin nümayişinin 5-cü günüdür. Bu gün aksiya iştirakçıları tələb və şüarlarında dəyişikliklər ediblər və onlar bildirirlər ki, bunlar yerinə yetirilməyincə Laçın dəhlizindən çəkilməyəcəklər".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, ekovistləri dəstəkləyib, haqlı olduqlarını düşünürəm:
"Bəli Azərbaycan öz ərazi bütövlüyünün beynəlxalq aləmin, BMT kimi qurumların təsdiqiylə tanınmış qaydada bərpa edib. Həmçinin, son iki ildə öhtəliyimizə düşən razılaşmanın bütün bəndlərinə əməl edilib. Qarşı tərəf isə tarixi riyakarlığına davam edir. 21-ci əsrdə Ermənistan Azərbaycana qarşı ekoloji terror aktı həyata keçirir. Lakin yenə də beynəlxalq birliyin üzvü olan hüquq carçısı bəzi dövlətlər onu müdafiə edir. Elə bu səbəbdən də bu vəziyyətdən narahat olan Azərbaycan aktivistləri günlərdir Laçın yolunda aksiya edir. Bu tələblər artıq erməni terrorundan bezən bir xalqın üsyanıdır. İki ildir ki Ermənistan sülhməramlıların arxasında gizlənərək Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisində talançılıqla məşğuldur. Bunu da Azərbaycan ərazisində yaşayan və yaşamağa da davam edəcək ermənilərin əli ilə edir".
Deputat vurğulayıb ki, sırf bu səbəbdən də Ermənistan rəhbərliyi Xankəndidəki ermənilərin taleyi bəhanəsiylə sülh və sərhədlərin müəyyən edilməsi məsələsindən qaçır:
"Təbii ki, Ermənistan rəhbərliyini Azərbaycan vətəndaşlığına keçəcək olan xalq yox, Laçın dəhlizi vasitəsilə həyata keçirdikləri talançılıq maraqlandırır. Etiraz edənlər çox düzgün tələb irəli sürürlər, bəli Xankəndidə Azərbaycan Gömrük, DİN və bütün orqanlarının şöbələri fəaliyyətə başlamalıdır. Əks halda nə mina terroru, nə də bu talançılıq dayanmayacaq. Müharibədən sonra aşkarlanan minaların əksəriyyətinin istehsal tarixləri postmüharibə dövrünə aiddir. Bunu ölkə başçısı da dəfələrlə qeyd edib, beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Necə ki 30 il beynəlxalq səviyyədə işğal təsdiqlənsə də, bütün beynəlxalq qurumlar buna susurdu. Nəhayət ki Azərbaycan ordusu hərəkətə keçdi və 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. İndi də eyni hal yaşanır və xalq bu vəziyyətdən narahat olub. Bakı və bölgələrdən də Laçın dəhlizindəki aksiya iştirakçılarına qoşulmaq üçün insanlar hərəkətə keçir. Bu ümumxalq etiraz səviyyəsinə qaldırılmaqla həll edilməlidir. Necə ki iyul döyüşləri zamanı etiraza qalxan xalq 44 günlük müharibənin və zəfərin memarı oldu. İndi də xalq narazılığı daha da intensivləşib, kütləviləşmədən Ermənistan hakimiyyəti bütün bədnam əməllərindən əl çəkməlidir".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO