Azərbaycanda uşaqlara qoyulan ən qəribə adlar: "Xiyar", "Xiyarə", "Cındır"...

Azərbaycanda uşaqlara qoyulan ən qəribə adlar: "Xiyar", "Xiyarə", "Cındır"...Övladın dünyaya gəlməsi insan həyatında bəlkə də ən xoşbəxt məqamdır. Bu məqamdan sonra valideynlər əsasən həmin övladın xoşbəxtliyi üçün yaşamağa başlayırlar. Lakin bəziləri, əksinə, anadan olandan uşağın həyatını çətinləşdirəcək addımlar atır. Söhbət uşaqlara qoyulan qəribə adlardan gedir.

Belə ki, Azərbaycanda "Əl Qaidə" beynəlxalq terror şəbəkəsinin qurucusu Üsamə Ben Ladenin fanatı olan valideyn Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına müraciət edərək oğluna 1 nömrəli terrorçunun adını qoymaq istədiyini bildirib. BAKU.WS xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Komissiyanın sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova məlumat verib.

Onun sözlərinə görə, komissiya həmin vətəndaşın xahişini rədd edib və bildirib ki, həmin ad xoşagəlməz assosiasiyalar doğurur və milli deyil. Valideyn komissiyanın qərarından məhkəməyə müraciət edib, lakin burada da rədd cavabı alıb.

"O başa düşmür ki, sabah uşaq məktəbə gedəcək və ətrafdakılar ona gülərək həyatını dözülməz edəcəklər. Praktikamlzda oğluna "Şekspir" adını qoymaq istəyən valideynə də rast gəlmişik. Bu, heç də ən dəhşətli hallar deyil. 2014-cü ildə qərb bölgələrindən birinin təmsilçiləri anadan olan əkizlərə "xiyar" və "xiyarə" adlarını qoymaq istəyirdilər" — Sadıqova bildirir.

Bu yaxınlarda isə komissiyaya müraciət edən şəxs oğlunun adını "Cani" qoymaq istəyirmiş. "Ondan adın mənasını soruşduq, bilmədi. Dedi ki, babasının adı elə olub və bu adı yaşatmaq istəyir. Cani "cinayətkar" deməkdir. Bu işə daha məsuliyyətli yanaşmaları üçün xalqı maarifləndirmək lazımdır. Yeri gəlmişkən, bizim praktikamızda övladına "Cani" adını vermək istəyən az deyil" — Sadıqova bildirib.

Başqa bir valideyn isə komissiyaya zəng edərək qızına "Türmə" adını qoymaq üçün məsləhətləşib. İş ondadır ki, həmin şəxsin nənəsinin adı elə olub. Nəslin başbilənləri qıza o adı qoymağı məsləhət görüblər, uşağın atası bunun düzgün olmadığını başa düşüb, lakin ağsaqqallara etiraz edə bilməyib. Ona görə də komissiya ilə məsləhətləşərək onlardan "türmə"yə oxşar uyğun ad tövsiyyə etmələrini xahiş edib. Lakin istəyinə nail ola bilməyin. Komissiya üzvləri "türmə"yə oxşar "sürmə", "burma", "xurma" sözlərini yada sala biliblər. Bu sözlər isə ad üçün uyğun deyil…

"Gülməli adlar sovet dövründə də olub. Uşaqlara Ansabl, Komsomol, Traktor, Sovet adlarını qoyublar. Biz 1750 belə qəribə ad taparaq onlara qadağan qoymuşuq. Bu siyahıda çox qeyri-adi adlar var: Çervon, Fağır, Pətiş, Fətiş, Cinayət, Cındır və s. Qeyd etmək lazımdır ki, belə məhdudiyyətlər başqa ölkələrdə də mövcuddur. Bizdən tez-tez adın insan taleyinə təsiri barədə soruşurlar. Əgər bir insanı gündə 50 dəfə "Cinayət" deyə çağırsanız, yəqin ki, bu onun hərəkətlərinə də təsir göstərər" — Sadıqova qeyd edir.

Eyni zamanda Sadıqova vurğulayıb ki, komissiya heç də qeyri-adi gözəl adların əleyhinə deyil. Məsələn, valideynlərdən biri İşılay adını fikirləşib və bu ad icazə verilənlər siyahısına daxil edilib. Bu siyahıda 5500-dən artıq ad var. On il əvvəl Azərbaycanda Nuray, Nurgün adları yox idi. Lakin 2013-2014-cü illərdə ən populyar adlar bunlar olub.

"Uşaqlara ad verilməsinə nəzarət Nazirlər Kabinetinin xüsusi qərarı ilə həyata keçirilir. Əsasən türk mənşəli milli adlara üstünlük verilir. Uşaqlarına Renata və ya Lida adını qoymaq istəyən azərbaycanlılar bizə müraciət etmişdilər. Əlbəttə, ölkəmiz çoxmillətlidir, burada yaşayan etnik qrupların özlərinə uyğun adları var və biz onların seçiminə hörmətlə yanaşırıq, lakin azərbaycanlılara övladlarına Qalya, Olya və ya Lida adı verməyi məsləhət görmürük, çünki biz milli adlarımızı yaşatmalıyıq" — komissiyanın sədr müavini əlavə edib.

Ərəb mənşəli Azərbaycan adlarına gəldikdə isə, Sadıqova bildirib ki, ölkəmizin ərazisində İslam yayıldıqdan sonrakı dövr ərzində bizdə ərəb sözlərinin özünəməxsus səsləndirilməsi əmələ gəlib.

"Məsələn, "Fatimə" adı ərəbcə "Fatimeyi"dir. Uzun əsrlər boyunca bu adlar artıq bizim üçün doğmalaşıb. Biz gözəl səslənən və əcnəbi adların əleyhinə deyilik. Elton, Roman, Məryəm adlarını həm müsəlmanlar, həm də xristianlar qoyurlar. Söhbət bu məsələdə düşünülmüş addım atmaqdan gedir. Adlar və izahlar olan lüğətlər bütün qeydiyyat şöbələrinə paylanıb. Əgər vətəndaşlar ad fikirləşə bilmirlərsə, qoy lüğətdən istifadə etsinlər" — Sadıqova bəyan edib.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində ölkəmizdə doğulan 1343 körpəyə Yusif adı verilib. Əli (1006), Hüseyn (900), Ömər (752), Uğur (694), Məhəmməd (668), Murad (608), Ayxan (489), İbrahim (410), Tunar (400) adları da populyardır.

Həmin dövr ərzində doğulan qızlar arasında ən populyar adlar Zəhra (1256), Nuray (1015), Zeynəb (760), Məryəm (721), Fatimə (713), Aylin (683), Mələk (653), Dəniz (638), Damla (508) və Ayandır (494).


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5059   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr