Kəlbəcərdə minaya düşən şəxslərin görüntüləri - VİDEO
Dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində minaya düşən mülki vətəndaşlardan 3-ü Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına gətirilib. Onlardan bir nəfər ixtisaslı müalicə üçün başqa xəstəxanaya təxliyə edilib. Digər iki nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Sonxeber.az xəbər verir ki, bunu azərtac-a açıqlamasında Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının növbətçi həkimi Samir Məhərrəmov deyib.
"Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində minaya düşərək yaralanan 1969-cu il təvəllüdlü Pənahov Radik Şəmsəddin oğlu sağ baldır sümüklərinin yer dəyişmiş sınığı, 1996-cı il təvəllüdlü Əliyarov Sadir Heydər oğlu isə daban və incik sümüyünün yer dəyişmiş sınığı diaqnozu ilə xəstəxanamıza daxil olub. Hər iki vətəndaşa ilkin tibbi yardım göstərilib. Müalicələri davam edir. Vəziyyətləri orta ağır qiymətləndirilir", – deyə həkim bildirib.
Ərazidə rabitə xətlərinin çəkilməsi ilə məşğul olan Sadir Əliyarov həmin dəhşətli anları belə xatırlayır: "Xətt çəkmək üçün dirək yeri qazılmalı idi. İki nəfər traktorla yer qazmağa hazırlaşırdı. Biz isə dirək gətirməyə getmişdik. Birdən zəng gəldi ki, traktor minaya düşüb. Hadisə yerinə çatanda artıq hərbçilər köməyə gəlmişdi. Birlikdə yaralıları maşının arxasına yerləşdirdik. Geri qayıdanda təxminən 10 metr getmişdik ki, yük maşını da minaya düşdü. Bu cür təxribatlar bizi qorxutmur, inşallah sağaldıqdan sonra Radiklə birgə işimizə qayıdacağıq".
Qeyd edək ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər minaya düşüb. Belə ki, kənd ərazisində infrastruktur layihələrində çalışan 4 nəfər minaya düşərək xəsarət alıb. Onları təxliyə etmək üçün hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb. Hərbçilərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 961 Tarix: 16 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAzərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr