Kukla Teatrında çaxnaşma - 27 gündür uzanan qarşıdurmanın səbəbi BƏLLİ OLDU
Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 27 gündür yoxlama aparır. Kukla Teatrında yoxlamanın bu qədər uzanması artıq narahatlıq yaradıb.
Bizim.Media-ya bu barədə danışan teatrın mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, yoxlama ilə bağlı prosesin nə vaxt yekunlaşacağı barədə məlumatlı deyillər:
"Yoxlama davam edir. Bitməsi və ya hansısa məsələyə görə uzadılması barədə əlavə əmr yoxdur. Təəssüfedici məqam odur ki, yoxlama ilə bağlı əmrin içərisində müddət qeyd olunmamışdı və bu qədər uzanmasını da təsəvvür etmirdik. Yoxlamanın uzanması müəyyən mənada da işimizə əngəl törədir. Amma biz də gözləyirik".
Teatrdan adının açıqlanmasını istəməyən əməkdaşın verdiyi məlumata görə, Mədəniyyət Nazirliyinin məqsədi teatrın direktoru Rəşad Əhmədzadəni tutduğu vəzifədən uzaqlaşdırmaqdır.
Bütün bu yoxlama isə formal xarakter daşıyır:
"Gedib "Azdrama"nı yoxlasınlar da, görüm kimin gücü çatar? Kukla Teatrında nə var ki? Bütün bu məsələləri bulandıran nazirlikdə teatr sektorunun müdiri Könül Cəfərovadır. Onun başqa teatrlarla da insidentləri var. Adam özünü firon kimi aparır, məndə dəqiq məlumat var ki, Lənkəran Teatrından Tofiq müəllimi, Qax Kukla Teatrından Seymur Vəliyevi də uzaqlaşdırmaq istəyir. Nazirə yanlış məlumatlar verir, teatrların kollektivlərinin adından anonim məktublar təşkil elətdirir.
Bizim teatr haqqında da yanlış rəyi o yaradıb. Rəşad müəllim sözünü deyən, istedadlı adam olduğu üçün Könül xanıma tabe olmayıb, bu da onun xoşuna gəlməyib. Elə bir şərait yaradır ki, teatrlarda ancaq öz adamlarını yerləşdirsin. Amma bu belə getməz, nazir Anar Kərimov həqiqətləri bilməlidir".
Mədəniyyət Nazirliyi isə yoxlamanın uzanması ilə bağlı sorğuya susqunluqla yanaşıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaya noyabrın 21-də başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1071 Tarix: 16 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAzərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr