Dünyanın ən balaca boylu kişisi azərbaycanlıdır - FOTO
Cənubi Azərbaycandan olan 20 yaşlı Afşin Qədirzadə 65,24 santimetr boyu ilə dünyanın ən qısa boylu kişisi adını alaraq Ginnesin Rekordlar Kitabına düşüb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İrandan Dubaya, Ginnesin Rekordlar Kitabının ofisinə aparılan Qədirzadədən 24 saat ərzində ümumilikdə 3 dəfə ölçü götürülüb və bununla da dünyanın ən qısaboylu kişisi olub.
Bildirilib ki, 700 qram olaraq doğulan və hazırda 6,5 kiloqram ağırlığında olan Qədirzadə 2010-cu ildə 70 santimetr boyu ilə dünyanın ən qısa boylu kişisi olan Edvard Nio Hernndezdən təxminən 7 santimetr daha qısadır.
Fiziki zəifliyinə görə məktəbə gedə bilməyən Qədirzadə dünyanın ən qısa boylu kişisi kimi ad qazanmasının, yaşayış xərclərini, müalicə və dərmanlarını təmin etməkdə çətinlik çəkən ailəsinə kömək olacağına ümid edir.
O həmçinin dostunun verdiyi mobil telefon vasitəsilə dünya ilə əlaqə qura bildiyini, lakin savadsız olduğu üçün istifadə etməkdə çətinlik çəkdiyini bildirib.
Qədirzadə telefon ağır olduğundan onu yanında daşıya bilmir.
Bundan başqa, balaca boylu kişi dünyanın ən uzun kişisini də tanıyır. Haqqında çox şey eşidib və ehtimal edir ki, onun ovuclarına sığar.
Qədirzadə "Adım Ginnesdə yazıldığı üçün xoşbəxtəm, amma hamı kimi yaşamaq, xüsusən də avtomobil sahibi olmaq və sürmək istəyirəm", - deyə bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3404 Tarix: 16 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAzərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
Azərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir ed
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr