"Bu, sülh müqaviləsi olmayacaq, bizim rüsvayçılığımızla bağlı sənəd olacaq" - Ağacanyan
"Azərbaycan Qarabağla danışıqlar aparmayacaq, çünki bu, onu tanıması demək olacaq".
Bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzünik Ağacanyan erməni telekanalında deyib.
"Azərbaycan hətta "Dağlıq Qarabağ" ifadəsini işlətməyə belə ehtiyac görmür. Əvəzində Rusiya sülhməramlılarının yerini bildirir. Və bu halda onların Qarabağla bərabər tərəf kimi danışıqlara razılaşacaqlarını düşünmək sadəcə absurddur.
Bunlar sadəcə olaraq hakimiyyətin cəmiyyətdə sakitliyi saxlamaq, təhlükə səviyyəsini azaltmaq üçün istifadə etdiyi söhbətlərdir. Azərbaycan bununla razılaşmayacaq, çünki bu, onun Qarabağı tanıması demək olacaq", – deyə Ağacanyan bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi ilə bağlı müzakirələrdə erməni tərəfinin problemlərinin həlli yoxdur.
"Onların mehriban qonşuluq münasibətləri qurmaq istədiklərinə inanmağa imkan verən elə bir addım yoxdur. Bu halda hansı sülhdən danışmaq olar? Bəli, tələskənlik problemi var. Çünki region dəyişir, camaatımızın səbri tükənir və bunu başa düşürlər. Sülh müqaviləsi olmayacaq, nəsə bizim rüsvayçılığımızla bağlı sənəd olacaq", – Ağacanyan deyib.
O, Rusiya sülhməramlılarına beynəlxalq mandat verilməsi məsələsindən də danışıb.
"Əgər Qərb həqiqətən də regionda münasibətlərin tənzimlənməsi məsələsinin müzakirə olunduğu mühit yaratmaq istəsə, o zaman razılıq olacaq. Yoxsa, bu o demək olacaq ki, sözdə bir şey deyilir, əməldə başqa bir şey edilir. Biz onlara deyə bilərik: əgər bu bəyanatlar sizin yanaşmanızdırsa, onları düzəldin. Düzəldin ki, Qarabağ erməniləri növbəti "soyqırım" təhlükəsi ilə üzləşməsin", – deyə Ağacanyan sərsəmləyib./Musavat
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2912 Tarix: 18 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"
İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək
14 oktyabr"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı
Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl
14 oktyabrAlimlər nikahların dağılmasının riyazi düsturunu tapdı
İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric
13 oktyabrABŞ Rusiyanın bəzi aktivlərinin dondurulmasını ləğv etməyi təklif edir
ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uittok və iş adamı Cared Kuşner Aİ nümayəndələrinə Rusiya aktivlərinin dondurulmasının qismən aradan qaldırılmasını təklif ediblər. Onların fikrincə, bu addım Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin yenidən başlamasına kömək etməlidir. xəbər verir ki, b
15 oktyabrRoma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rai Radio-1" radiostansiyası məlumat yayıb. Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. Mövcud məlumat
14 oktyabrABŞ-da təyyarə qəzası: ölənlər var
ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm
15 oktyabr