BŞTİ-nin müdir müavini vəzifəsinə təyinat olub
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.
Qurumdan bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Anar Məmmədov BŞTİ-nin müdir müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Məmmədov 2010-2014-cü illər ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin, 2014-2017-ci illərdə "İstək" liseylərinin direktoru vəzifəsində çalışıb. 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub.
2002-2010-cu illərdə müxtəlif yerli və beynəlxalq araşdırma şirkətlərində çalışıb, eyni zamanda "Səmərəli ünsiyyət texnikaları", "Arqumentasiya və inandırma", "Özünüinkişaf potensialının qiymətləndirilməsi", "İdarəçilik modellərinin təhsildə tətbiqi" kimi bir sıra təlim modullarının müəllifi olub.
2014-2020-ci illərdə Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən bir sıra layihələrdə ekspert qismində çıxış edib. Finlandiya, Sinqapur, ABŞ və digər ölkələrdə təlim səfərlərində olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb