Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb.

Oxu.Az həmin bəyanatı təqdim edir:

"20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür.

19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək ölkəmizin ərazisindən çıxarılması məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilib. Beləliklə cəmi 24 saatdan az müddətdə başa çatan tədbirlər nəticəsində ərazilərimiz üzərində dövlət suverenliyi təmin edilib.

Bu tarixi zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, rəşadəti və qəhrəmanlığı həlledici rol oynayıb.

Antiterror tədbirləri zamanı Azərbaycan tərəfi mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirib, mülki şəxslər və mülki infrastruktur yox, yalnız qanunsuz silahlı birləşmələrin legitim hərbi obyekt və infrastrukturları hədəf alınıb.

Azərbaycanın dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb. Ölkəmiz sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək, münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb.

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş tarixi görüş sülh və normallaşma prosesində mühüm mərhələ olub.

Bu gün Azərbaycan və Ermənistan liderlərinin görüşləri zamanı əldə olunan razılaşmalar regionda davamlı sülhün və sabitliyin təmin edilməsi ilə yanaşı, regional iqtisadi potensialın reallaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Regionda iqtisadi-ticarət əlaqələrinin bərpası və bu istiqamətdə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, habelə beynəlxalq nəqliyyat və logistika marşrutlarının regional inteqrasiyasının təşviqi təkcə Azərbaycan və Ermənistan üçün yox, eləcə də bütün maraqlı tərəflər üçün yeni iqtisadi dividendlər və əməkdaşlıq imkanları yaradacaq.

Yaranmış tarixi sülh imkanından irəli gələrək, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və münasibətlərin tam normallaşdırılması üçün qarşıda duran məsələlərin həlli mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Eyni zamanda, mina təhlükəsinin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi ölkəmizin əsas prioritetləri sırasındadır.

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının öz dövlətçiliyinə, milli iradəsinə və ərazi bütövlüyünə bağlılığının rəmzidir. Bu əlamətdar gün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramla yanaşmaq, onların canları bahasına əldə edilmiş tarixi Zəfərin dəyərini daim qorumaq və gələcək nəsillərə ötürmək üçün mühüm bir vəsilədir.

Azərbaycan Respublikasının dövlət suverenliyi əbədidir, bölünməzdir və toxunulmazdır.

Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 80   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr