Bakının bitməyən nəqliyyat problemi: Məsul qurum hansıdır?

Bakının bitməyən nəqliyyat problemi: Məsul qurum hansıdır?Bakı Nəqliyyat Agentliyi hər gün gecikən avtobusların siyahısını təqdim edir. Eyni zamanda bu qurum əhalinin şəxsi avtomobillərdən imtina edib, ictimai nəqliyyatdan istifadə etməməsi ilə bağlı çağırışlar edir. Şəhərin yolları tıxac, metro dolu, avtobuslar isə gecikir.

Sərnişinlər soyuq günlərdə belə ya avtobusla getmək üçün saatlarla gözləməli olur, ya adam dolu metroda nəfəs ala bilməyəcək qədər sıxlıqla hərəkət etməli olurlar. Şəxsi avtomobili olanlar isə bir az fərqli olaraq, saatlarını tıxaclarda keçirir. Bakıda hərəkətin nizamlanmasına cavabdeh olan qurum BNA isə tövsiyyə edir, çağırış edir. Yəni sözün əsl mənasında Bakıda nəqliyyatın hərəkətini təşkil edən qurum yoxdur. Bakıda nəqliyyatın hərəkətini hansı qurum tənzimləməlidir ki, hər gün minlərlə vətəndaşın hüquqları belə, kobud şəkildə pozulmasın?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı Nəqliyyat Agentliyinin öz avtobusları yoxdur. BNA tənzimləyici qurum kimi bu sahədə bir vasitəçidir. Onun işi sadəcə nəzarət etməkdir.

"Daşıyıcı şirkətlərin fəaliyyəti diqqətdə saxlanılmalıdır və s. BNA –nın tabeliyində sadəcə olaraq bugünə qədər "Bakubus" olub. "Bakubus" da artıq BNA-dan alındı, Azərbaycan İnvestisiya Holdinqinə verildi. Ona görə BNA bu məsələni sadəcə tənzimləyə bilər, danışıqlar apara bilər, müraciət edə bilər. Marşrutlarda problem varsa, həmin marşrutu Nazirlər Kabinetinin 52 saylı qərarına əsasən müsabiqəyə çıxara bilər, və s. işlər görə bilər. Eyni zamanda, NK-nın 141 və 75 saylı qərarları var. Burada ictimai nəqliyyatın tənzimləməsi və sərnişin daşıma qaydalarına aid məsələlər yer alıb. Onları həll edə bilər. BNA-nın görə biləcəyi başqa hər-hansı bir iş yoxdur"-deyən ekspert bildirib ki, ümumilikdə isə BNA-nın bugünkü fəaliyyəti qənaətbəxş deyil.

"Bu səbəbdən də agentliyin fəaliyyəti ilə başqa cür məşğul olmaq lazımdır. Çünki agentliyin fəaliyyəti dövründə Bakı şəhərində ictimai nəqliyyatda, hərəkətin təşkilində, taksi fəaliyyətində və digər sahələrdə çox ciddi problemlər ortaya çıxıb".

E.Muradlı hesab edir ki, agentliyin fəaliyyəti qənaətbəxş olmadığına, ciddi şəkildə hərəkətin təşkili, ictimai nəqliyyat, taksi fəaliyyəti və digər məsələlərlə bağlı dəyişikliklər olmadığına görə bu qurum lazımsız bir qurumdur.

"Fəaliyyət aspektlərinə baxanda görürsünüz ki, hər-hansı bir iş görə bilmədiyinə görə, bu qurumun fəaliyyətini başqa daha böyük və bu işlə birbaşa məşğul olan qurumlar həll edə bilər. Məsələn, BNA Dövlət Yol polisinin, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin və eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin arasında bölünməlidir"-deyən E. Muradlı hesab edir ki, ümumiyyətlə nəqliyyat sistemi bir mərkəzdən idarə olunmalıdır.

Ekspert hesab edir ki, Bakıda bir qanun, Şəkidə başqa bir qanun işləməməlidir. Amma, təəssüf ki, Azərbaycanda belədir./Bizimyol.info


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 927   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr