Bir neçə naziri yola salan mətbuat katibləri - SİYAHI
Cəmiyyətimizdə bir ənənə var. Hər gələn məmur öz komandası ilə işləmək istəyir. Amma elə kadrlar var ki, onlar gələn təzə rəhbərə özlərinin lazımlığını sübut edə bilib. Belə qabiliyyətə malik insanlardan bir qrupu da jurnalistlərdir. Məsələn, bu gün ölkəmizdə elə mətbuat katibləri var ki, onlar ən azı 3-4 nazirlər işləməyi bacarıb.
Sonxeber.az bizim media-ya istinadən həmin mətbuat katiblərinin siyahısını hazırlayıb:
1. Abbas Əliyev ən uzunömürlü mətbuat katibidir. O 18 ildir ki, İqtisadiyyat Nazirliyinin sözçüsüdür. O ötən dövr ərzində Fərhad Əliyevin, Heydər Babayevin, Şahin Mustafayevin və nəhayət Mikayıl Cabbarovun sözçüsü olub.
2. Cəsarət Valehov da bu vaxtadək 3 nazirlə işləyib. 2013-cü ildən Təhsil Nazirliyinin mətbuat katibi vəzifəsində olan Cəsarət Valehov Mikayıl Cabbarovun, Ceyhun Bayramovun və Emin Əmirullayevin sözçüsü olub.
3. Natiq Axundov 16 ildir ki, Dövlət Gömrük Komitəsinin mətbuat katibidir. Onu bu vəzifəyə DGK-nın sabiq sədri Aydın Əliyev təyin edib. Lakin, O Səfər Mehdiyevlə də bir müddət işləməyi bacarıb. Hazırda Natiq Axundov üçüncü Komitə sədri ilə işləyir.
4. Anar Cəbrayıllı da mətbuat katibi kimi uzun iş təcrübəsinə malikdir. O uzun müddət "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla işləyib. 2021-ci ilin may ayından isə Köçəri Həsənovun sözçüsüdür.
5. İradə İbrahimova da ən təcrübəli və uzun ömürlü mətbuat katiblərindəndir. 15 ildən artıq bu vəzifəni daşıyan İradə xanım əvvəl Hüseyin Bağırovun indi isə Muxtar Babayevin sözçüsüdür.
6. Pərviz Abubəkirov mətbuat katibi kimi iş stajı az olsa da o artıq ikinci nazirlə işləyir. O əvvəlcə Səhiyyə naziri Oqtay Şirəliyevin, indi isə Teymur Musayevin sözçüsüdür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1619 Tarix: 25 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabr