Azərbaycanın tanınmış dilçi alimi vəfat edib - FOTO
Azərbaycanın dilçi alimi, Əməkdar müəllim Nadir Abdullayev vəfat edib.
"Report" xəbər verir ki, professor ötən gün axşam saatlarında 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Abdullayev Nadir Əziz oğlu 1935-ci il avqust ayının 15-də Göyçay rayonunun Qaraman kəndində anadan olub.
O, 1950–1954-cü illərdə Göyçay Pedaqoji Texnikumunda təhsil alıb. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix-filologiya fakültəsinə daxil olub. 1959-cu ildə ali təhsilini tarix və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirdikdən sonra iki il Sumqayıt peşə məktəbində müəllim işləyib.
1962–1965-ci illərdə APİ-də əyani aspiranturada təhsil alıb. 1965-ci ildə aspirantura təhsilini başa vurub və "Şagirdlərin orfoepik vərdişlərinin formalaşdırılması yolları" mövzusunda dissertasiya işini müdafiə edib. Dissertasiya işini müdafiə etdiyi 1965-ci ildən Pedaqoji İnstitutun Filologiya fakültəsində Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsində fəaliyyətə başlayıb.
N.Abdullayev dilçiliyin və Azərbaycan dilinin tədrisi metodikasının, nitq mədəniyyəti, orfoepiya və orfoqrafiya fənlərinin və elm sahələrinin, natiqlik sənətinin inkişafına əhəmiyyətli töhfələri olub.
N.Abdullayev 25 adda monoqrafiya, proqram, dərslik və dərs vəsaitlərinin, o cümlədən təlim rus dilində olan orta məktəblərin VII və IX sinifləri üçün "Azərbaycan dili" dərsliklərinin, 100-ə yaxın məqalənin müəllifidir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1237 Tarix: 26 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrHəkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrPENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı
"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk
8 noyabr65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai
8 noyabr