Argentinalı Papanın sirri: O, niyə dünya çempionatının finalına baxmayıb?

Argentinalı Papanın sirri: O, niyə dünya çempionatının finalına baxmayıb?2022-ci il dünya çempionatının finalında Argentina penaltilər seriyasında Fransanı 4:2 hesabı ilə məğlub edərək tarixində 3-cü dəfə dünya kubokunun qalibi olub. Nəfəs kəsən final oyunu izləmək üçün ekranların qarşısında milyonlarla insan var idi. Argentinalı azarkeşlərin atılıb-düşdüyü tarixi anlarda futbola olan sevgisi ilə tanınan dünyanın ən məşhur argentinalılarından biri illər əvvəl verdiyi anda görə final oyununu izləməyib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, sonuncu dəfə 1986-cı ildə dünya kubokunun qazanılmasına sevinən argentinalı azarkeşlər küçələri ziyafət yerinə çevirsələr də, dünyanın yaxşı tanıdığı argentinalı, 1990-cı ildə verdiyi anda görə bu il yaşanan həyəcandan məhrum olub. O, Roma Papası Fransiskdir.

Argentinalı futbol əfsanəsi Maradona 2014-cü ildə görüş zamanı argentinalı Roma Papasına arxa tərəfində 10 nömrə və "Francesco" yazılmış Argentina Milli Komandasının imzalı formasını hədiyyə edib.

2015-ci ildə Argentinanın "La Voz del Pueblo" ("Xalqın səsi") qəzetinə müsahibə verən Papa Fransisk vəzifəyə təyinatı və şəxsi həyatı ilə bağlı bir çox sualları cavablandırıb. Papa doğma Argentinada nəşr olunan qəzetə müsahibəsində bu vəzifəyə seçilməsi, qorxuları, arzuları və gündəlik vərdişləri ilə bağlı bir çox təfərrüatları bölüşüb.

Argentinanın paytaxtı Buenos-Ayresin arxiyepiskopu olduğu dövrdə katolik dünyasının lideri seçilən Papa, bu vəzifəni heç gözləmədiyini və bütün prosesin birdən-birə inkişaf etdiyini bildirib. Fransisk deyib: "Mən Romaya enəndə hətta dönüş biletim də hazır idi. Hətta bazar günü Buenos-Ayresdə keçirəcəyim bazar günü mərasimində çıxış etməyə hazır idim". Papanın müsahibəsində çoxlarının diqqətini çəkən detal 1990-cı ildə verdiyi and idi.

32 ildir televiziyaya baxmır

Argentinada anadan olan və 2013-cü il martın 13-də 266-cı Papa seçilən Xorxe Mario Berqoqlio Latın Amerikası və Cənub yarımkürəsindən seçilən ilk papa kimi sələflərindən seçilir. Ölkəsindəki siyasi müzakirələrlə bağlı ara-sıra açıqlamalar verən Fransis, şəxsi həyatında bəzi "prinsipləri" ilə diqqət çəkən insandır. Bu prinsiplərdən biri Papanın illərdir televiziyaya baxmamasıdır.

1990-cı ildən bəri televiziyaya baxmadığını bildirən Papa Fransisk, "Bu, 1990-cı il iyulun 15-də Məryəm anaya verdiyim söz idi. "Xüsusi bir səbəb yoxdur, mən sadəcə bunun mənə görə olmadığını düşündüm" deyib. Futbola olan düşkünliyi ilə tanınan Frensis, futbol oyunlarına da baxmadığını vurğulayıb: "Heç nəyə baxmıram. Hər həftə sonu isveçrəli mühafizəçi gəlib mənə nə bilməli olduğumu söyləyir".

Agentina uduzandan bir həftə sonra televiziyaya baxmaqdan imtina edib

İllərdir televiziyaya baxmadığını deyən Papa Fransiskin bununla bağlı and içməsinin səbəbi də olduqca diqqəti çəkir. Milyonlarla xristianın "bələdçisi" olan din xadimi 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatı başa çatdıqdan təxminən bir həftə sonra televiziyaya bamaqdan imtina edib.

1990-cı il iyunun 8-dən iyulun 8-dək İtaliyada 24 komandanın iştirakı ilə keçirilən dünya çempionatının final oyunu Qərbi Almaniya ilə Argentina arasında keçirilib. Romadakı "Stadio Olimpico"da keçirilən qarşılaşmanı Bremenin 85-ci dəqiqədə vurduğu onbirmetrlik zərbə ilə Amaniya Argentinanı 1:0 hesabı ilə məğlub edib.

Televiziyaya baxmır, amma televizyaya çıxır

Televiziyaya baxmayacağına and içən Papa Fransisk televiziya proqramlarında iştirakdan imtina etməyib. Fevral ayında İtaliyanın ən çox baxılan proqramlarından biri olan "Che tempo che fa" ("Hava necədir?") adlı tok-şousuna qatılan Fransisk şəxsi həyatından tutmuş beynəlxalq mövzulara qədər ona verilən bir çox sualları cavablandırıb.

Bu proqramda televiziyaya baxmadığını bir daha təkrarlayan Fransis uşaqlıqda qəssabların çox pul qazandığını düşündüyü üçün qəssab olmaq istədiyini bildirib. Papa özündən əvvəl bu vəzifəni tutanların əksinə olaraq, Papalıq Sarayında deyil, Vatikanda qonaq evində yaşamağı seçdiyini insanların arasında olmaq zərurəti ilə izah edib və dosta ehtiyacı olduğunu dilə gətirib. Fransisk deyib: "Əvvəlki papalar müqəddəs idilər, mən o qədər də müqəddəs deyiləm. İnsanlarla ünsiyyət qurmalıyam. Ona görə də Santa Marta otelində qalıram. Başqalarını görürəm, danışıram, dostlarımı görürəm. Dostluqlar məni daha da gücləndirir. Mənim az, amma həqiqi dostlarım var", - o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1717   Tarix: 26 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur. Bu barəd

8 noyabr
.

Milli Qəhrəmanın oğlu: "Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır"

"Bir şəhid övladı olaraq Zəfər Günü mənim üçün ən gözəl günlərdən biridir. Çünki bu zəfərdə mənim atamın da imzası var". Bu fikirləri -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə Naziri Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. təbriki təqdim edir:. "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!. Sizi böyük qürur hissi və təntən

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr